reklam
USD
8 ℃
EUR
BAKI

Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

XƏBƏR / 19.06.2025 18:03

Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində


London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub. Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir.

"carciTV" xəbər verir ki, milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA "Ana təbiət” beynəlxalq incəsənət sərgisində təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb. "Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmək imkanı əldə edirik”, - deyən Leyla Əliyeva bildirib ki, "Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı MAXXI incəsənət muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir. Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir.

London Dizayn Biennalesi-2025-in direktoru Viktoriya Broaks çıxışı zamanı pavilyonun şeiriyyətini diqqətə çəkib və ekoloji çağırışa verdiyi bədii cavabı yüksək qiymətləndirib.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Britaniya parlamentinin Lordlar palatasının üzvü lord Con Alderdays mədəni mübadilənin və ekoloji dialoqun davamlı gələcək üçün əhəmiyyətini vurğulayıb.

London Dizayn Biennalesi tarixi "Somerset House” binasında iki ildən bir keçirilən beynəlxalq sərgidir. Biennale müxtəlif ölkələrdən rəssam, dizayner, memarları bir araya gətirir. London Dizayn Biennalesi bu il "Səthin əks olunması” (Surface Reflections) mövzusunu əhatə edir.

Azərbaycan pavilyonu iyunun 29-dək ziyarətçilər üçün açıq olacaq.



Oxunub: 714






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim