QARABAĞ AZƏRBAYCANDIR!

MÜSAHİBƏ / 19.10.2021 01:05

QARABAĞ AZƏRBAYCANDIR! 


      Azərbaycan Prezidenti son 18 ildə yürütdüyü siyasətlə sülh tərəfdarı olduğunu dünyaya dəfələrlə nümayiş etdirdi. Amma işğalçı Ermənistanın terrorçu rəhbərliyi öz çirkin əməllərindən əl çəkmir, hətta Azərbaycanı təxribatlara çəkən oyunlarla oynayırdı. 
      Hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna oturan Nikol Paşinyan isə öncə Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli istiqamətində addımlar atacağı ilə bağlı fikirlər səsləndirsə də, bir müddət sonra Koçaryan-Sarkisyan rejiminin "siyasi xəttini” davam etdirməyə başladı. Hətta "Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirib, qədim qalamız olan Şuşada Azərbaycan xalqını təhqir edən hərəkətlərlə səbir kasamızı daşdırdı. 
     Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri bütün cəbhəboyu ərazilərdə yenidən təxribata əl atdı. Ali Baş Komandan isə illərlə gözlənilən hücum əmrini verdi və Vətən savaşı başladı. 
    Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.
     Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi.
   Müzəffər Komandanın "Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. 
    Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. O Lider xalqının taleyüklü məsələsinin həllində xilaskarlıq missiyasını üzərinə götürüb cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. 
    Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, "keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.
     Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı.
     Qarabağı "Dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir. 
     Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 18 ildir ki, ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru addımlayır.
     Xalqımız Azərbaycan dövləti müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir. İlk dəfə olaraq bu bayramı alnımız açıq, başımız dik, iftixarla yaşayırıq. Çünki müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli olmamışıq.

Kamil ƏHƏDOV,
"Karvan" Ticarət Mərkəzinin müdiri


Oxunub: 28





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim