Hər kəs Vətən uğrunda könüllüyə çevrildi

MÜSAHİBƏ / 20.10.2021 02:16

Hər kəs Vətən uğrunda könüllüyə çevrildi


    Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən, Vətən müharibəsinin elə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına məlhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi.
    2020-ci il noyabrın 8-də isə şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dalğalandırdı igidlərimiz düşməni qarşılarında diz çökdürərək onun müqavimət istəklərini birdəfəlik sındırdılar.
    Qəhrəman Azərbaycan döyüşçüləri 9 Noyabr Bayraq Günümüzdə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza qələbə sevinci yaşatdılar.
    10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
    Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi.
    Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq onların əziz ruhu qarşısında baş əydilər.
    Bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın "dəmir yumruğ”una  dönərək düşmənin başını əzdi.
    Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub "Vətən sağ olsun!” dedilər...
Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri "ölsək belə, yurdumuzu tərk etmərik” söylədilər...
    Həqiqətdir ki, 44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur... Təkcə onu vurğulayaq ki, heç kəs torpaqlarımız işğaldan azad olunmayana qədər müharibənin dayanmasını istəmirdi. Bircə gün cəbhədən qələbə xəbəri gəlməyəndə, "görəsən nə olub, müharibə dayanmayıb ki?!” deyə narahatlıq keçirirdilər...
    Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.

Nəsir NƏSİRLİ,
Fatmayı Bələdiyyəsinin sədri


Oxunub: 32





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim