BİZİM İŞİMİZ HAQQ İŞİDİR

MÜSAHİBƏ / 21.10.2021 20:51

BİZİM İŞİMİZ HAQQ İŞİDİR


    Ötən ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhədə yaranmış vəziyyətlə bağlı xalqa ilk müraciətini məhz bu ifadələrlə bitirmişdi: 
"...Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

    Dövlət başçısının Azərbaycan xalqına ilk müraciəti həm informasiya xarakterli bir çox məqamlarla zəngin idi, həm də Vətənin müdafiəsinə qalxdığımız, ərazi bütövlüyümüzü bərpa etmək üçün çıxdığımız bu savaşda hər bir ölkə vətəndaşının nə etməli olduğunu göstərmək üçün yol xəritəsi idi. Bu, dövlət, xalq, ordu birliyinin "dəmir yumruğa” çevrilib düşmənin başını əzməsinə çağırış idi...
    44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin anımı münasibətilə Prezident tərəfindən edilən müraciət, Müzəffər Ali Baş Komandanın, xalqa ötənilki müraciət zamanı səsləndirilən və qarşıya qoyulan məqsədlərin fəxarətlə yerinə yetirilməsi ilə bağlı sanki bir qürur hesabatı idi...
    44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Allah bu qələbəni bizə qismət etdi. Xalqımız xoşbəxt xalqlardan biridir. Bu qələbənin memarı isə Heydər Əliyevdir. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə üz tutaraq onu dəvət etdi. Azərbaycanın ordusu, siyasəti çox zəif idi, bizim Heydər Əliyevə böyük ehtiyacımız vardı. Heydər Əliyev müstəqil Azərbaycanı yenidən qurdu.
    Heydər Əliyev hakimiyyətə gələndə heç Qarabağla bağlı xəritə də yox idi. Heydər Əliyev görüşlərdə o xəritələri nümayiş etdirdi. Çünki erməni lobbisinin fəaliyyəti sayəsində hətta bir sıra Avropa dövlətləri Qarabağı Ermənistan torpağı bildirdi. Heydər Əliyev Kəbədə olarkən torpaqlarımızın, Qarabağın işğaldan azad olması üçün dualar edib. Sonrakı dövrlərdə Kəbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da Qarabağın azad olması, şəhidlərimiz, Azərbaycan üçün dualar etdi. 
    İlham Əliyev tarixə fateh kimi düşdü. Düşmən torpaqlarımızda genosid həyata keçirib, məscidlərimizi, kilsələrimizi məhv edib. Hətta Şuşada pravoslav kilsəsini erməniləşdirib.
    Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün ayağa qalxıb, şərəfli vəzifəni həyata keçirib. Vətən ərazisinin bərpası uğrunda qəhrəmanlıqla vuruşan ordu Ali Baş Komandanın rəhbərliyi ilə şanlı səhifə yazdı. Azərbaycan bayrağı əzəli torpaqlarımızda asıldı. Bu tarix hər bir azərbaycanlının şərəf, qürur günüdür. Azərbaycan xalqı 27 sentyabrda illərlə işğalda olan torpaqlarını azad etmək, sahib çıxmaq üçün haqq mübarizəsinə başlayıb. Azərbaycan vətəndaşları dinindən asılı olmayaraq canlarını fəda ediblər, bu gün onları rəhmət duaları ilə yad edirik, ailələrinə, doğmalarına başsağlığı veririk, qazilərə şəfa diləyirik. Dövlət rəhbərinin misilsiz rəhbərliyi ilə dünya azərbaycanlılarının 30 illik Vətən həsrətinə, ədalətsizliyə son qoyuldu, məscidlərimiz, dini məbədlərimiz geri qaytarıldı. Bu gün Azərbaycan xalqının əbədi, əzəli torpaqlarına geri qaytarılması, viran qalmış şəhər və kəndlərin bərpası üçün dövlət var gücü ilə çalışır.
    Din xadimlərinə Ağdam, Şuşa səfərləri zamanı viran qoyulan məscid və xristian məbədlərini görmək nə qədər ağır olsa da, yeni qurulan məscid və məbədləri görmək də o qədər fərəhlidir. Qardaş Türkiyə dövlətinin müharibədəki siyasi dəstəyi, dost yardımı, birgə imzalanan Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq nümunəsidir. Vətən müharibəsində bizə dəstək olan dövlətlərə, bütün ictimai və dini təşkilatlara təşəkkür edirik. Dövlət başçısı Şuşada etdiyi tarixi çıxışında din xadimlərinin də Vətən müharibəsində xüsusi yeri olduğunu qeyd etdi. 

Kərbəla şəhidlərinə də, Vətən şəhidlərinə də Allah rəhmət eləsin. Ərazi bütövlüyümüz daimi olsun, Allah hər zaman xalqımıza yardımçı olsun. AMİN!

Əliyulla MƏMMƏDOV,
Pirşağı Cümə Məscidinin Baş Axundu 



Oxunub: 33





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim