İLHAM ƏLİYEVİN DƏMİR YUMRUĞU

MÜSAHİBƏ / 22.10.2021 01:21

İLHAM ƏLİYEVİN DƏMİR YUMRUĞU


   Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks-əməliyyatlara başlamasına səbəb oldu. 44 gün davam edən və tariximizə Vətən müharibəsi kimi həkk olunan bu savaş Azərbaycan ictimaiyyətinin torpaqlarımızın azad olunması ilə bağlı gözləntilərini reallığa çevirdi.

    Vətən müharibəsindəki qələbəmiz tariximizə yeni əlamətdar günlər qazandırdı. Əgər qələbəyə qədər hər il ayrı-ayrı rayonlarımızın işğalının ildönümünü kədərlə xatırlayırdıqsa, bu hüznlü yaddaşın unudulmaması üçün onun ağrı-acılarını gənc nəsillə bölüşürdüksə, artıq indi doğma yurdlarımızın qurtuluş günlərini bayram edirik. Bir-birimizlə sevincimizi, fərəhimizi paylaşırıq. Həmin gənc nəsil Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtardı. Azadlıq ildönümlərini tarixə yazdı.

    Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyanın hərb tarixini də dəyişdi. Bütün bəşəriyyətə göstərdi ki, artıq sülh barədə daha ciddi düşünmək zamanıdır. Müharibələrə səbəb olan mənasız iddiaları aradan qaldırmaq gərəkdir. Toplumları faşizm mahiyyətli ideologiyalardan çəkindirmək vaxtıdır. Ona görə ki, indiki müasir silahlarla uzunmüddətli müharibələr aparılsa, bu müharibələrin miqyası və nəticələri dəhşətli olar. Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi mükəmməl döyüş taktikası, hərbi gücü, tətbiq etdiyi innovativ silahlar düşmənin gözünü qorxutdu, onu təslimçi sülhə, faktiki olaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi, dünyaya böyük bir həqiqəti anlatdı.
Qoy dünya bu müharibənin təcrübəsindən nəticə çıxarsın. İnsan oğlunun yaradıcı potensialı, kəşfləri - yeni silahların icadına deyil, həyatın gözəlləşdirilməsinə, inkişafa yönələn mövcud problemlərin həllinə, rifahın yüksəldilməsinə həsr olunsun. Azərbaycan bütün nüfuzlu dövlətlərə, təcrübəli hərbi rəhbərlərə belə, Qələbənin sirlərini, onun nümunəsini göstərdi. İndi hamı şanlı qələbəmizdən müəyyən nəticələr çıxarmağa can atır. Azərbaycanın həm 44 günlük Vətən müharibəsində, illərlə davam etmiş hərbi, diplomatik, sosial-iqtisadi, mənəvi hazırlıq prosesində, həm apardığı ildırım sürətli döyüş əməliyyatlarında, həm də müharibə nəticəsində yaranmış yeni reallıqların idarə edilməsi qabiliyyətində hər kəsin öyrənə biləcəyi çox sirli məqamlar oldu. Ölkəmiz hərbi təcrübəsi ilə dünyanı mat qoydu.
   Bütün bunlar, həqiqətən, hərb tarixinə yazılan, bu tarixdə əbədiləşən nümunəvi yeniliklərdir, Azərbaycan igidlərinin canı-qanı bahasına yazılmış qəhrəmanlıq salnaməsidir. Bununla belə, hamı istəyir ki, indidən sonra bunlar ancaq tarix kimi xatırlansın, öyrənilsin.
   Bir həqiqəti də qeyd edək ki,  Ermənistan o torpaqları nə üçün işğal etdiyini, niyə onillərlə saxladığını, ötən 30 il ərzində bundan nə qazandığını heç kimə doğru-dürüst izah edə bilmir. Çünki Ermənistan cəmiyyətinin bu münaqişədən nə qazandığı özünə də məlum deyil. Əksinə, ağlasığmaz itkiləri var. Ötən əsrin 80-ci illərinin sonunda Qarabağ ermənilərinin separatçı hərəkətləri yenicə başlayanda   onların başabəla millətçi "akademikləri” bunu belə əsaslandırmağa çalışırdılar ki, guya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi regionun iqtisadi inkişafı baxımından daha səmərəli olar. Ermənilərin 30 il ərzində bu torpaqlarımızda yaratdıqları xarabazarlıqlar, qurulu rayonlarımızı, kənd və qəsəbələrimizi tar-mar etmələri, evlərin daşına, mismarına qədər söküb satmaları söhbətin hansı "effektivlikdən” getdiyini  aydın göstərir.
   30 il ərzində ermənilər bu ərazilərdə heç bir iqtisadi dəyər yarada bilməyiblər. Yaratdıqları viranələrdir. Azərbaycanın vəhşicəsinə dağıdılan əmlakıdır. Vətəndaşlarımızın talan edilmiş mülkiyyətidir. Sivilizasiyadan uzaq ünsürlər kimi bu ərazilərdə qurulu nə varsa, yerləyeksan etmələridir. Onlar bədnam əməllərinin əvəzini ödəməli olacaqlar. O zaman bir daha anlayacaqlar ki, faşizmə məxsus millətçilik nağılları heç kimə xeyir gətirməyib. Bir daha anlayacaqlar ki, nə istədiyini bilməyən, kimlərinsə əlində alətə çevrilən, regionun inkişafını əngəlləyən, özünü çıxılmaz vəziyyətə məhkum edən bir xalqın gələcəyi ola bilməz!
    Prezident İlham Əliyev tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, hotellər tikmək üçün azərbaycanlı və xarici investorları dəvət etmək istəyini dilə gətirdi: "Dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək”.
    Bəli, işğaldan azad olunmuş yurdlarımız artıq özünün yeni tarixinə qədəm qoyur. Bu, Azərbaycan dövlətinin gücü, xalqımızın sülh, rifah, bütün dünyaya xoşbəxtlik arzusu ilə yaradılan inkişaf tarixi olacaq. Böyük dövlət adamlarının həyata keçirdikləri siyasətin fəlsəfəsini, irəli sürdükləri strategiyanın mahiyyətini tam anlamaqdan ötrü bəzən bu barədə mütəmadi oxumaq, ardıcıl təhlillər aparmaq kifayət etmir. Sadəcə zamanın özü adamı elə həqiqətlərlə qarşılaşdırır ki, onlar bütün mətləbləri aydınlığı ilə izah edir. Seçilmiş yolun, atılan addımların, verilmiş qərarların nə qədər düzgün olduğunu, hər incə detalının zərgər dəqiqliyi ilə nəzərə alındığını sübuta yetirir.

     Azərbaycan xalqı azad yurdlarımızda əbədi yaşayacaq və bu torpaqları cənnətə çevirəcək!

Humay HÜSEYNOVA,
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 310 saylı Uşaq Bağçasının direktoru


Oxunub: 24





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim