ŞƏRƏFLİ MİSSİYA, ŞANLI TARİX

MÜSAHİBƏ / 19.11.2021 10:51

ŞƏRƏFLİ MİSSİYA, ŞANLI TARİX


   Sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edən Prezident bir daha həqiqətləri səsləndirdi. Bəyan etdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan xalqı müzəffər xalq, ölkə isə qalib dövlət kimi yaşayır.
    2003-cü ildə Prezident seçilərkən ümummilli məsələmizin həll olunması istiqamətində var gücü ilə çalışacağını söyləyən Prezident İlham Əliyev tarixi missiyasını şərəflə yerinə yetirdi. Düşməni torpaqlarımızdan qovdu, ədaləti, beynəlxalq hüququ bərpa etdi.
   Anım günü ilə bağlı müraciətində də dövlət başçısı bir daha müharibə dövründə xalqa etdiyi müraciətlərini xatırladı: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq - öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi”.
   Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsini milli iradənin, milli ruhun, milli ləyaqətin təntənəsi adlandıraraq vurğuladı ki, Azərbaycan Ordusu bu zəfəri döyüş meydanında qan tökərək, şəhid verərək qazanıb və düşməni diz çöküb kapitulyasiya aktına imza atmasına məcbur edib. O düşməni ki, 30 il ərzində bizə meydan oxuyurdu, Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Sonunda isə ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində işğal altında olan bəzi şəhər və kəndlərimiz bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
    Dövlət başçısı növbəti dəfə Ermənistana və onun havadarlarına mesaj da ünvanlayaraq dedi ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Azərbaycanda "Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ” adlı qurum yaratsın, ancaq Azərbaycanda yox! Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq.
    Əslində Prezident deyir ki, Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişmir, lakin bu dəfə bir qədər də sərtləşdirilir. Bakının hərbi güc addımı təkcə Ermənistana yox, "Dağlıq Qarabağı” diriltmək istəyən bütün tərəflərə şamil edilə bilər.
  Dövlət başçısı daha bir reallığı açıqlayaraq dedi ki, Azərbaycan 44 gün ərzində təkcə  ərazi bütövlüyünü bərpa etmədi, təkcə düşməni torpağımızdan qovmadı, milli ləyaqətimizi bərpa etmədi, həm də erməni faşizminin başını əzdi. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın.
Müharibə bitsə də, Ermənistan hələ də sülh danışıqlarını imzalamağa hazır görünmür. Yenə də erməni məkiri özünü göstərməkdədir. Yəni erməni faşizminin təzahürləri görünməkdədir. İlham Əliyev isə həmin qüvvələrə sərt xəbərdarlığını edərək Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha səsləndi: "Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

 Manaf MANAFOV,
Pirallahı rayonu MKTB-nin rəisi


Oxunub: 29





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim