Azərbaycan gəncini Vətənə bağlılıqdan, dövlətinə sadiqlikdən heç bir qüvvə yayındıra bilməz – RƏY
CANLI TV / 16.02.2024 22:32
Azərbaycan gəncini Vətənə bağlılıqdan, dövlətinə sadiqlikdən heç bir qüvvə yayındıra bilməz – RƏY
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində proqram xarakterli çıxışında ölkəmizin gələcək hədəflərini, qarşıda duran vəzifələri açıqlamaqla yanaşı, çox ciddi mesajlar verdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
S.Kərimli bildirib ki, əgər bir neçə il əvvəl Azərbaycanın əsas hədəfi ərazi bütövlüyünün tam bərpası idisə, bu gün artıq bu problem həllini tapıb. Bundan sonra əsas vəzifə ölkəmizi daha da inkişaf etdirmək, xarici təhdidlərin qarşısını almaq və xüsusilə bu prosesdə gənc vətənpərvər nəsli düzgün istiqamətləndirməkdir.
"Dövlətimizin başçısı nitqində bir çox önəmli məqamları vurğulayaraq, qarşıdakı illər üçün hədəfləri, belə demək mümkündürsə, bənd-bənd sadaladı. Ordumuzun daha da qüdrətlənməsi, iqtisadi fəallığın artırılması, insanların sosial rifah halının yüksəldilməsi, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafı, beynəlxalq əhəmiyyətli layihələrin şaxələndirilməsi kimi məsələlər əlbəttə ki, prioritetlərdir. Eyni zamanda, uzun illər talanmış və dağıdılmış ərazilərimizin sıfırdan bərpası, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi də qarşıdakı illərdə əsas vəzifələrdəndir”, - deyə Sahil Kərimli qeyd edib.
Onun sözlərinə görə, diqqətçəkən ən vacib məqamlardan biri ölkəmizə qarşı düşmən kəsilən qüvvələrin mümkün təxribatlarının qarşısının qətiyyətlə alınmasıdır. Bu bir reallıqdır ki, xarici təxribatların əsas istiqaməti Azərbaycanın gələcəyi olan gənc nəslə qarşı yönələ bilər. Prezident İlham Əliyev bu təxribatların qarşısının alınması və neytrallaşdırılması üçün gənclərə yönəlik tövsiyələrini də verdi. Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənc nəslin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları, böyük vətənpərvərlik və döyüş ruhu dünyaya nümunə oldu.
Fevralın 7-də keçirilən prezident seçkilərində də gənclərimizin böyük fəallıq göstərdiklərini vurğulayan siyasi şərhçi diqqətə çatdırıb: "Şübhəsiz ki, Qarabağ Zəfərimiz, gənclərimizin fəallığı kimi reallıqlar xarici təxribatçı qüvvələrin qısqanclığı ilə qarşılanır. Həmin dairələr yaxşı anlayırlar ki, Azərbaycan gəncini Vətənə bağlılıqdan, dövlətinə sadiqlikdən heç bir qüvvə yayındıra bilməz. Bu səbəbdən də müxtəlif yollarla gənclərə təsir etmək, onları təxribatlara çəkmək kimi məkrli planlar hər zaman var və gələcəkdə də olacaq. Odur ki, hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi ayıq-sayıq davranmaq, dövlətimizin mövqeyini müdafiə etmək və ölkəmizi bütün mənalarda qorumaq olmalıdır”, - deyə Sahil Kərimli bildirib.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
