Laçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək - FOTO
MARAQLI / 17.02.2024 01:41
Laçında "Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək - FOTO
Laçında "Zerti” Aqrosənaye Parkında fəaliyyətə başlayacaq istehsal sahələrindən biri də ayaqqabı fabrikidir. Hazırda son tamamlanma işlərinin görüldüyü fabrikin fəaliyyətə başlaması mart ayının sonuna planlaşdırılır. "PİRSHAGHİ” brendinin yeni Laçın xətti "Zerti” adı altında fəaliyyət göstərəcək.
"carciTV" xəbər verir ki, fabrik Asiya, Avropa və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Sözügedən fabrik üçün xammal əsasən Türkiyədən gətiriləcək. Bundan başqa, xidmət sektorunda peşəkarlığı artırmaq məqsədilə müəssisəyə qardaş ölkədən və Bakıdakı "PİRSHAGHİ” brendindən təlimçilərin cəlb olunması nəzərdə tutulub. Fabrikin işə başlaması həm də yeni iş yerləri deməkdir. Burada birinci mərhələdə 40-45, ikinci mərhələdə isə 50-55 işçinin çalışacağı gözlənilir. Onların 70-80 faizi Laçın sakinləri olacaq.
Yerli istehsal ayaqqabılarını Azərbaycanın müxtəlif şəhərlərində açılması nəzərdə tutulan "Zerti” mağazalarından almaq mümkün olacaq.
Müəssisədə birinci mərhələdə aylıq 700-750, ikinci mərhələdə 1250-1375, növbəti mərhələdə isə 2500-3000 cüt ayaqqabı istehsalı planlaşdırılır.
İstehsal ediləcək ayaqqabıların gələcəkdə Azərbaycan brendi kimi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Yeni brendin özəlliyi kişi, qadın və uşaq ayaqqabılarının istehsalında istifadə olunan materialların müxtəlif çeşiddə və növdə olmasıdır.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
