MARAQLI / 17.02.2024 22:55
Mətni videoya çevirən süni intellekt texnologiyası yaradılıb
"carciTV" xarici mediaya istinadla xəbər verir ki, süni intellekt şirkəti OpenAI yeni yaratdığı "Sora” adlı texnologiyanı təqdim edib.
Yazılı mətni videoya çevirən süni intellekt texnologiyasının reallıq səviyyəsi bu sahədə video istehsal edən youtuberlərdə təəccüb doğurub. Son bir neçə ildə süni intellekt texnologiyası o həddə çatıb ki, sanki insan əli ilə, əmr əsasında fotoşəkillər, rəsmlər və şeirlər istehsal edə bilir. Şirkət istifadəçilərin bir dəqiqəyə qədər video hazırlaya biləcəklərini açıqlayıb. Bildirilib ki, hazırda "Sora” hər kəs üçün əlçatan texnologiya deyil. OpenAI ortaya çıxa biləcək təhlükələrin qarşısını almaq üçün "Sora”nın əvvəlcə təyin edilmiş mütəxəssislər tərəfindən sınaqdan keçiriləcəyini diqqətə çatdırıb.
Süni intellekt şirkəti "Sora”nın, ilk növbədə, kino və dizayn sahələrində məşğul olan insanlar üçün yaradıldığını qeyd edib. OpenAI izah edib ki, "Sora” mürəkkəb səhnələrə cavab vermək iqtidarındadır. Bununla da istifadəçi tələb etdiyi obyektlərin real dünyada necə mövcud olduğunu anlaya bilir. Şirkət "Sora”nın hələlik zəif tərəflərinin olduğunu da etiraf edir. OpenAI zorakılıqla bağlı mövzuları və zərərli məzmunları bloklayacağını açıqlayıb. Texnologiyanın bu cür əmrləri videoya çevirməyəcəyi vurğulanıb.
Məşhur youtuber Marques Brownlee "Sora” haqqında ilk təəssüratını "qorxulu” adlandırıb. Digər texnoloq "Sora”nın imkanlarını "Bu necə ola bilər?” ifadəsi ilə qiymətləndirib. "Apple”in qurucularından biri olan Stiv Voznyak, "Tesla” və "Space X” şirkətlərinin sahibi İlon Mask da daxil olmaqla, texnologiya nəhəngləri "İnsanlarla rəqabət apara bilən süni intellekt sistemləri cəmiyyət və bəşəriyyət üçün böyük risklər yaradır” deyə fikirlərini ifadə ediblər.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
