Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı
RƏSMİ / 27.02.2024 22:43
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra istər bayramlarımızı, istərsə də faciələrimizi tamamilə fərqli bir şəkildə qeyd edirik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 1992-ci il fevralın 26-sına keçən gecə Xocalı faciəsini törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdülər. Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin bu niyyəti baş tutmadı. Torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhidlik zirvəsinə yüksəlməyə hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala 44 gündə qəhrəmanlıqla son qoydu.
Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi. "Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir” söyləyən dövlətimizin başçısı onu da bildirdi ki, "Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaradırdı.
İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi kimi dəyərləndirilir. Otuz il Azərbaycan əksər dünya güclərindən ədalət gözlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Amma bu ədaləti Azərbaycan özü bərpa etməli oldu və etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədalətin bərpası 30 il Ermənistana dəstək olan, sülh danışıqları prosesinin uzanmasına səbəb olan əksər dünya gücləri bu reallığı qəbul etdilər ki, ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməyə nə qədər cəhdlər edilsə də sonda zəfər çalan yenə də ədalətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli ordumuz dünya güclərinin 30 ildə edə bilmədiklərini 44 gündə etdi. Baxmayaraq ki, 30 illik işğal dövründə Ermənistana dəstək verən dövlətlər belə rəy yaratmağa çalışırdılar ki, münaqişənin hərb yolu ilə həlli mümkünsüzdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, buna 30 il vaxt lazım olsa da, bu illər ərzində Azərbaycan hər bir sahədə uğurlu inkişafa nail oldu, daha da gücləndi, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Dünyanın əksər aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti Azərbaycan dövlətini, xalqımızı ruhdan salmadı, əksinə daha da irəli gedərək atdığı addımları ilə Qarabağ münaqişəsinin həllinin hər an yaxınlaşdırdı.
44 günlük İkinci Qarabağ müharibəsi malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, bu torpağımız azad olunmadan biz sakitləşə bilməzdik.
Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylərini daha da artırdı. Hər bir məsələnin həllində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycan yenə də bu məsələni sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan və ona havadarlıq edən dövlətlər hər vəchlə buna mane olmağa çalışdılar. İşğalçı dövlət Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi haqqında düşünmədi. Əksinə törətdiyi hərbi təxribatlarla vəziyyəti daha da gərginləşdirməyə cəhd göstərdi. Bütün bunların nəticəsində antiterror tədbirlərinin keçirilməsi qaçılmaz oldu. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Həmin il oktyabrın 15-də Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı.
Dövlətimizin başçısının Xocalıya səfəri çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması - bu mühüm addım Xocalı faciəsi ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Dövlətimizin "Xocalıya ədalət!” çağırışı dünya gücləri tərəfindən cavabsız qaldı. Baxmayaraq ki, 18 ölkə Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu qanlı faciəni soyqırımı kimi tanıyıb, lakin onların arasında böyük dövlətlərin adının olmaması, beynəlxalq təşkilatların məsələyə biganə yanaşmaları diqqətdən kənarda qala bilməz. Hansı ki, həmin dövlətlər yeri gəldi-gəlmədi digər ölkələrə "ədalət və beynəlxalq hüquq” dərsi keçirlər. "Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - söyləyən dövlətimizin başçısı Xocalı şəhərində memorial kompleksin tikintisi ilə bağlı məsələyə də xüsusi diqqət yönəltdi. Bununla bağlı layihənin çoxdan hazır olduğunu və bunun üçün yer Bakıda da müəyyənləşdirildiyini bildirən Prezident İlham Əliyev onun tikintisi ilə əlaqədar tərəddüdlər keçirdiyini və bu səbəbdən də layihəni təxirə saldığını bildirdi. Təbii ki, tərəddüdə səbəb dövlətimizin başçısının, Azərbaycan xalqının Xocalıya qayıdacağımıza əminlikləri idi. Həmin memorial kompleksin təməlinin məhz fevralın 26-da Xocalıda qoyulması özündə bütün məqamları ehtiva edir. Biz artıq Xocalıya qayıtmışıq, yaralarımız sağalmasa da bu qayıdış hər birimizi qürurlandırır.
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Xocalıda və Xankəndidə də görülən işlərdən bəhs edib. Bildirib ki, səfər çərçivəsində dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə görülən bərpa-quruculuq işləri ilə tanış oldu. Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə bu hədəfi açıqladı ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalı, həm Xankəndi, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri bərpa ediləcək.
Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıdan bəyan etdi: "Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir".
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim