Ağsu-Bico-Göylər avtomobil yolu nə vaxt təmir olunacaq? VİDEOREPORTAJ
REPORTAJ / 11.03.2024 23:52

Ağsu-Bico-Göylər avtomobil yolu nə vaxt təmir olunacaq?VİDEOREPORTAJ
Uzunluğu 25,6 kilometr olan Ağsu-Bico-Göylər avtomobil yolunun təmirə ehtiyacı var.
"carciTV" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu yol uzun illərdir baxımsız vəziyyətdədir. Bu yoldan Ağsunun 10 min nəfər əhalisi olan 11 kəndinin, habelə Şamaxının 2 kəndinin sakinləri istifadə edirlər. Düzdür, bu günə qədər yolda cəmi bir dəfə təmir işləri aparılıb, amma sakinlərin sevinci çox çəkməyib. Yol yenidən yararsız vəziyyətə düşüb. Yerli sakinlər və sürücülər yolun təmir olunmasını istəyirlər.
Sözügedən yoldan tez-tez istifadə edən Şamaxının Çöl Bağırlı kənd sakini Müşfiq Səmədov deyir ki, yol istismar müddətini başa vurduğuna görə asfalt qatı dağılıb, hər iki hərəkət zolağı yararsız hala düşüb: "Bizim yollarımız 2012-ci ilə qədər təmirsiz vəziyətdə idi. Prezidentimiz sağ olsun, bu yolun çəkilməsi üçün vəsait ayırdı və onun hesabına yolumuz 2013-cü ildə əla keyfiyyətlə təmir olundu. Amma buna baxmayaraq, yol 2-3 il sonra yenidən bərbad vəziyətə düşdü. Təsəvvür edin, Ağsuya olan 20 dəqiqəlik yolu 1 saata gedirik”.
Hər iki hərəkət zolağı və bəzi yerlərdə çiyin yataqları keçilməz olan Ağsu-Çaparlı-Göylər avtomobil yolu kəndləri rayon mərkəzinə birləşdirməklə yanaşı, qış aylarında Ağsu dolaylarında hərəkətin çətinləşdiyi vaxtlarda, torpaq sürüşməsi zamanı yol bağlanarkən sakinlərin Bakıya və Şamaxıya gediş-gəlişləri üçün də xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu yol vasitəsilə Göylər kəndindən Şamaxıya, Padar-Çöl kəndindən isə Bakı-Qazax magistralına çıxmaq olur. Yolun təmirsiz olması ucbatından sakinlər rayon mərkəzinə belə getməkdə çətinlik çəkirlər.
Hər gün rayon mərkəzinə gedib-gəlmək üçün bu yoldan istifadə edən sürücü Səməd Qaçayevin sözlərinə görə, yolun yararsız, çala-çökək olması səbəbindən avtomobilləri tez-tez sıradan çıxır. Avtomobilin təmirinə isə xeyli vəsait sərf olunur. "Ağsunun və Şamaxının ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol yararsız haldadır. Sürücülər də, kənd sakinləri də çox əziyyət çəkirlər. Son 20 ildə bu yolda nə əsaslı, nə də cari təmir işləri aparılıb. Ağsunun ən böyük kəndləri bu yolun üzərində yerləşir. Hər gün buradan yüzlərlə maşın gedib-gəlir. Yolun pis gündə olması səbəbindən maşınlarımız da tez-tez xarab olur. Təmirə isə xeyli pul xərcləyirik”, - deyə o bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də məsələyə münasibətini öyrəndin. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması, regionların sosisal iqdisadi inkişaf proqramı çərçivəsində öz həllini tapır. "Ağsu-Çaparlı-Göylər marşrutu üzrə yerləşən yaşayış məntəqələrinibirləşdirənyolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrətəqdim olunub ki, Dövlət Proqramına salınsın. Proqrama salındıqdan sonra həmin yollar təmir olunacaq”, - deyə Agentliyin sözçüsü əlavə edib.





2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

10:32 Daşdəmir Əjdəroğlu - 60

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
