TƏDBIR KEÇİRİLMİŞDİR
CANLI TV / 27.03.2024 01:29
TƏDBIR KEÇİRİLMİŞDİR
,,Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi 8 mart 2024-cü il tarıxdə Qəbələ ,,Nohurçay” Çay Evi məkanında tədbir keçirmişdir. 8 mart Beynəlxalq Qadınlar günündə keçirilən bu tədbir həm də ona gorə maraqlı idi ki, eyni zamanda birliyin üzvlərindən Yusifova Natəvan Zülfü qızının ,,Qızılgülün sevgisi” kitabı və Azim Mirzəliyevin ,,Unutulmuş tarihin bilgiləri” dərgisi ilə tanışlıq idi. Müəlliflərin hər ikisinin nəşr olunmuş kitab və dərgisi rəgbətlə qarşılandı, geniş ictimaiyyətə təqdimatına hazırlıq üçün start verildi. Hər iki müəllif oz kitab və dərgisini imzalayaraq, iştirakcılara təqdim etdi. Sonra tədbir çay stolu ətrafında davam etdi.
Tədbiri giriş sozü ilə ,,Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyinin sədri Rəna Mahmüdova açaraq, ilk öncə şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Rəna Mahmüdova birliyin yaranma tarixindən sohbət açaraq qeyd etdi ki, əvvəllər 7 il qeyri rəsmi fəaliyyət gostərən Qəbələ Yazarları Birliyi nəhayət ki, 13 aprel 2023-cü ildə ,,Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi kimi rəsmi qeydiyyatdan keçərək, Ədliyyə Nazirliyi tərəfindən Şəhadətnamə ilə və Qeyri Kommersiya Qurumlarının Dovlət reyestrindən Çıxarışla təmin edilərək təsdiq olunmüş və birliyə təqdim edilmişdir. Bündan sonra Nizamnaməyə uyğun olaraq birlik öz fəaliyyətinə başlamışdır. Az müddət ərzində birlik fəaliyyət gostərməsi üçün ofislə təmin edilmiş, lazımi təşkilatlarda qeydiyyata alınmış, birlik üzvlərinin şəxsi kitablarının çıxarılması üçün lazımi koməklik edilmişdir. Qeydiyyatdan keçdikdən sonra yazarların müxtəlif adda 7 şəxsi kitabı nəşr olunmüşdür. Qəbələ Yazarlarına Dəstək İctimai Birliyinin fəaliyyət göstərdiyi yeddi il ərzində doqquz kitab işıq üzü görüb. Bu sevindirici haldır.
Regionlarda yaradıcı şəxslərə dəstək olmaq, onların uğurlarına təkan vermək üçün bu cür birliklərin fəaliyyəti hər zaman diqqət mərkəzində olmalıdır. Hazırda Natəvan Yusifovanın müharibə movzüsünda yazmış olduğu ,,SON İMDAD” pyesinin səhnələşdirilməsi üçün danışıqlar aparılır. Mən ,,Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyinə, onun bütün üzvlərinə və ümumilikdə Qəbələ yazarlarına yüksək yaradıcılıq nailiyyətləri arzülayırıq.
Rahib KƏRİMLİ,
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
