Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
XƏBƏR / 03.04.2024 00:28
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Aprelin 2-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
"carciTV" xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun sədrliyi ilə keçirilən görüşdə 2024-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, Agentlik tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsi, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktiki biliklərinin artırılması, cəmiyyətdə media savadlılığının formalaşdırılması məqsədilə keçirilən təlimlər barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin istifadəyə verilməsi nəzərdə tutulan onlayn təlim platformasının müvafiq bölməsinin təqdimatı olub.
İclasda dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün keçirilməsi nəzərdə tutulan müsabiqənin qaydaları Müşahidə Şurası üzvlərinin yekdil qərarı ilə təsdiq edilib.
Bundan əlavə, media subyektlərinin fəaliyyətinin peşəkarlıq baxımından təhlili ilə bağlı təqdimat dinlənilib, mövzu ətrafında müzakirələr həyata keçirilib.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
