reklam
USD
24 ℃
EUR
BAKI

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üçün illik hesabatı təqdim edilib

XƏBƏR / 08.04.2024 21:50

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üçün illik hesabatı təqdim edilib


    Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

    "carciTV" xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin – Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatının daxil edildiyini söyləyib.

    Tahir Mirkişili Hesablama Palatasının öz fəaliyyətini 4 istiqamət - nəzarət tədbirlərinin həyata keçirilməsi, büdcə layihəsinə və icrasına rəy verilməsi, dövlət maliyyəsi üzrə tövsiyələr və beynəlxalq əməkdaşlıq üzrə qurduğunu deyib və bu məlumatların Palatanın hesabatında əks olunduğunu, həmçinin ilk dəfə olaraq hesabata qısa məcmuələrin əlavə edildiyini bildirib.

    Diqqətə çatdırılıb ki, Hesablama Palatası 2023-cü il üzrə əməliyyat planını 91,7 faiz icra edib. Ötən dövr ərzində Palata tərəfindən 45 nəzarət tədbiri həyata keçirilib, onlardan 2-si Milli Məclis deputatlarının çıxışları əsasında, digər tədbirlər isə Palatanın özünün müəyyən etdiyi sahələr üzrə olub. Ümumilikdə, aparılan nəzarət tədbirlərinin əhatə dairəsi 18,2 milyard manat təşkil edib.

    Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü ildə fəaliyyəti haqqında Hesabatını slaydlar və diaqramlar vasitəsilə təqdim edib. O qeyd edib ki, 2023-cü il üzrə hesabat "Hesablama Palatası haqqında” Qanuna, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.

    V.Gülməmmədov Palatanın fəaliyyətindəki yeniliklər, həmçinin qurumun 2021-2025-ci illər üzrə Strateji Planının icrası ilə bağlı məlumat verib. Bildirilib ki, Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2023-cü ilin Əməliyyat Planı tərtib olunub. Planda nəzərdə tutulmuş fəaliyyətin icrası 90 göstərici əsasında qiymətləndirilib. 2023-cü ildə ümumilikdə 327 tədbir nəzərdə tutulub və ilin sonunda 91,7 faiz icra olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 9,6 milyon manat vəsait proqnozlaşdırılıb, onun 83,3 faizi istifadə edilib.

    Hesablama Palatasının hesabatı ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Elnur Allahverdiyev çıxış ediblər.

    Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

    Müzakirələrin sonunda Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.



    Oxunub: 173






    SON XƏBƏRLƏR

    2025-06-21

    11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

    Product image

    10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

    Product image

    10:32 Daşdəmir Əjdəroğlu - 60

    Product image

    10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

    Product image

    2025-06-19

    18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

    Product image

    2025-06-11

    01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

    Product image

    01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

    Product image

    01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

    Product image

    2025-06-03

    01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

    Product image

    2025-05-29

    12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

    Product image

    2024-07-21

    02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

    Product image
    XƏBƏR ARXİVİ
    ÇOX OXUNANLAR

    TƏBRİK EDİRİK!

    Seyid Füğara Ağa

    Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

    Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

    Əlaqə

    Haqqımızda

    İDMAN

    13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

    Product image

    18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

    Product image

    23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

    Product image
    Təqvim