Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
CANLI TV / 05.05.2024 00:12
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
Almaniyanın "HyImpulse” şirkəti ilk dəfə kosmosa sınaq suborbital uçuşu zamanı kommersiya peyklərini daşıya bilən və şam mumu ilə işləyən raketi uğurla buraxıb.
"carciTV" alman mediasına istinadla xəbər verir ki, "HyImpulse” şirkətinin baş icraçı direktoru Mario Kobald jurnalistlərə müsahibəsində deyib: "Biz Almaniyanın bir kosmos ölkəsi kimi şücaətinə işarə edirik və Avropanın kosmosa çıxışını genişləndiririk”.
"SR75” adlı 12 metrlik və 2,5 tonluq sınaq raketi Cənubi Avstraliyanın Koonibba şəhərindəki buraxılış meydançasından havaya qalxıb. O, parafin və ya şam mumu və maye oksigenlə qidalanır, habelə çəkisi 250 kiloqrama qədər olan kiçik peykləri 250 kilometr yüksəkliyə daşımaq qabiliyyətinə malikdir.
"HyImpulse” bildirir ki, parafin raketlər üçün daha ucuz və təhlükəsiz alternativ yanacaq kimi istifadə oluna bilər ki, bu da peyklərin daşınması xərclərini 50 faizə qədər azaldır.
Alman mediasının yazdığına görə, 65 işçisi olan və Almaniyanın DLR kosmik agentliyindən ayrılan şirkət, artıq 100 milyon avro (105 milyon dollar) dəyərində peyk daşınması sifarişləri alıb. Eyni zamanda, bu layihə, əsasən, ictimai dəstəklə özəl olaraq maliyyələşdirilib.
"Hyimpulse” kommersiya peyklərinə tələbat artdıqca genişlənməyi hədəfləyir və 2032-ci ilə qədər illik 700 milyon avro dəyərində satış gözləyir. Bu şirkət gələn ilin sonuna qədər 600 kiloqrama qədər çəkisi olan peykləri aşağı Yer orbitlərinə yerləşdirməyə qadir olan daha böyük "SL-1” çoxpilləli raketi buraxmağı planlaşdırır.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
