Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub
XƏBƏR / 01.06.2024 19:35
Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub
İyunun 1-də Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub.
Agentlikdən bildiriblər ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda müasir çağırışlara uyğun media mühitinin formalaşması haqqında məlumat verib. Bildirib ki, Agentlik media sahəsində fəaliyyətin çağdaş trendlərə uyğunlaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.
O, "Media haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlar barədə məlumat verib, eyni zamanda, jurnalistlərin peşə etikası qaydalarının xüsusi əhəmiyyət daşıdığını qeyd edib, Azərbaycanda media sahəsində həyata keçirilən institusional quruculuq işlərindən danışıb.
Fransız Polineziyasından olan nümayəndələr media sahəsinin inkişaf etdirilməsi, media subyektləri və jurnalistlərə dəstək göstərilməsi istiqamətində işin təşkili, həmçinin müstəqil media subyektlərinin yaradılması ilə bağlı ölkəmizdəki təcrübə ilə maraqlandıqlarını bildirib, həmçinin gələcəkdə müvafiq sahədə əməkdaşlığın təşkili və mümkün formaları ilə əlaqədar fikirlərini bölüşüblər.
Görüşdə Polineziyada media sahəsinin inkişafı məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstəyin göstərilməsi barədə fikir mübadiləsi aparılıb.
2026-03-06
16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT
03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA
03:05 Sürücülər
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Haqqımızda
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
