reklam
USD
24 ℃
EUR
BAKI

Prezident Xocalıdan Ermənistana və havadarlarına sərt mesajlar verdi

CANLI TV / 01.06.2024 20:40

Prezident Xocalıdan Ermənistana və havadarlarına sərt mesajlar verdi


Rəsmi İrəvan Qarabağdakı hərbi cinayətlərə və soyqırımlara görə həm üzr istəməli, həm də caniləri cəzalandırmalıdır

Prezident İlham Əliyevin 28 May - Müstəqillik Gününü hər il işğaldan azad olunmuş ərazilərdə təntənəli şəkildə qeyd etməsi artıq ənənə halını alıb. Belə ki, Ali Baş Komandanımız 2022-ci ildə bu günlə bağlı Zəngilan rayonunun Ağalı kəndinə, 2023-cü ötən ildə Laçına, 2024-cü ildə isə Xocalıya səfər edib. Hər səfərində keçmiş məcburi köçkünlərə dövlət tərəfindən inşa edilmiş genişhəcmli mənzillərin açarları təqdim edilib. Bununla da onların 30 ildən çox həsrət qaldıqları doğma yurdlarına qovuşmaları kimi tarixi hadisələrə şahidlik etmişik.

Məhz mayın 28-də Müstəqillik Günündə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfərləri və xocalılarla görüşləri qürurverici olmaqla, həm də çox kövrək məqamlarla yadda qaldı. Çünki bu şəhər işğal dövründə böyük əzab və əziyyətlərə, ermənilərin soyqırımına məruz qalmışdı. Xocalını, ümumilikdə isə Qarabağı işğaldan azad edərək vəhşi düşməndən qisas almaqla oraya yenidən sahiblənmək isə bir millət və dövlət üçün şərəf və ləyaqət məsələsi idi.

Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı bu məsələyə toxunaraq bildirib ki, 2024-cü ilin fevralın 26-da Xocalıda xocalılıların iştirakı ilə Xocalı Memorial Kompleksinin təməli qoyuldu: «Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.»

Ölkəmizin başçısı bildirib ki, mən həmişə soyqırımı qurbanlarının xairəsinə Xocalı memorial kompleksinin yaradılmasını istəmişəm. Prezident İlham Əliyev Bakıda «Ana fəryadı» abidəsi yanında bu məqsədlə yer seçildiyini, hətta layihə hazırlandığını da söyləyib: «Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik.»

Qeyd edək ki, son bir ayda Ermənistanda Xocalı soyqırımını törədən və təşkil edən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanla və Serjik Sarkisyanın himayədarlıq etdikləri «Vətən naminə Tavuş» adlı qondarma təşkilatın yürüşü keçirilir. Bu aksiyaya rəhbərlik edən isə keşiş Baqrat Qalstanyandır. Halbuki din xadiminin siyasətlə məşğul olması qanunla qadağandır. Lakin həm xarici təşkilatların, həm də keçmiş «Qarabağ klanı»nın rəhbərləri ondan maşa kimi istifadə edərək sülh prosesinə mane olmaq istəyirlər. Xüsusən Qazax rayonunun 4 kəndinin qaytarılmasına əngəl olmağa çalışırdılar. Lakin onların bu rəzil niyyətləri də ürəklərində qaldı. Çünki artıq 30 ildən çox işğal altında olan kəndlərimizdən ermənilər çıxdılar və indi həmin ərazilərə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir.

Təbii ki, indi Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının əsl mahiyyəti həm də Koçaryan-Sarkisyan cütlüyünün və onların əlaltılarının cinayət məsuliyyətindən xilas olması, yaxud yayınması məqsədi daşıyır. Çünki bu aksiyanın hədəfi onları talançılıqda və korrupsiyada ittiham edən Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olmaqdır.

Ölkəmizin başçısının Xocalı faciəsi ilə bağlı «Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir» fikri canilərin və qatillərin cəzalanması üçün bir mesajıdır. Çünki onlar 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsinə, 8 ailənin tamamilə məhv edilməsinə, 25 uşağın hər iki və 130 uşağın valideynlərindən birini itirməsinə, 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanmasına və 1275 nəfərin əsir götürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla ədalət bərqərar olar. Əsir götürülən 150 nəfərdən 68 qadın və 26 uşaq olmaqla bu günədək məlumat yoxdur. Ancaq soyqırımı qurbanlarının sayı daha çoxdur. Bu ilin fevralında Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub. Bu vaxtadək aparılan işlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı dörd nəfərə (onlardan biri azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Eyni zamanda, Prezident İlham Əliyev xocalılarla görüşündə həm beynəlxalq aləmə, həm də Ermənistana yönəlik ciddi mesajlar verdi. Bildirdi ki, Azərbaycan bütün istiqamətlər üzrə bölgəyə nəzarət edir. Məhz buna görə də keçmiş məcburi köçkünlər öz doğma yurdlarında əmin-amanlıq şəraitində yaşayırlar. Ölkə başçısının digər mesajı isə Azərbaycan torpaqlarını işğal edərək orada soyqırımı törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlı idi. Xüsusilə sülh sazişinin imzalanması üçün rəsmi İrəvanın bu cinayətlərə görə üzr istəməsi və caniləri cəzalandırması gündəmdədir.



Oxunub: 96






SON XƏBƏRLƏR

2024-09-07

23:04 Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib

Product image

2024-09-04

23:19 Qərbi Azərbaycan İcması Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

Product image

23:10 Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gəlib

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

2024-09-03

21:07 Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq

Product image

2024-09-02

04:41 Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib

Product image

03:41 Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib

Product image

03:29 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb YENİLƏNİB-2VİDEO

Product image

03:21 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər

Product image

03:18 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik edib

Product image

2024-08-26

01:30 İşçinin xəbəri olmadan əmək müqaviləsinin müddəti dəyişdirilə bilər?

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim