reklam
USD
11 ℃
EUR
BAKI

Prezident “Crescent Mall”un açılışında iştirak edib

CANLI TV / 02.06.2024 01:36

Prezident "Crescent Mall”un açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda "Crescent Bay” layihəsinin təqdimatı və "Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

"carciTV" xəbər verir ki, "Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "Crescent Bay” layihəsi barədə məlumat verib.

    Sonra dövlət başçısı və birinci xanım "Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. "Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verib.

    "Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb.

    Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. "Crescent Mall”da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur.

    Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.

    Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn "Həyat Ağacı” isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir.

    Bundan başqa "Crescent Mall”da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq.

    Qeyd olundu ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, İngilis və Rus dillərində isə şifahi məlumatlar verə bilir.

    Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot "Leyli” adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun” poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir.

    "Crescent Mall” ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

    ***

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "Crescent Bay” layihəsinin təqdimatı və "Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

    "carciTV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda "Crescent Bay” layihəsinin təqdimatı və "Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.



    Oxunub: 240






    SON XƏBƏRLƏR

    2025-04-10

    16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

    Product image

    16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

    Product image

    16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

    Product image

    15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

    Product image

    15:32 Armud ağacı. Natavan YUSİFOVA

    Product image

    15:26 Sərçə. Məryəm ƏLİYEVA

    Product image

    15:10 Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

    Product image

    14:58 ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

    Product image

    2025-04-08

    10:09 Arıdan qorxan oğlan

    Product image

    2025-03-26

    15:15 Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

    Product image

    15:03 Əvvəlki biznesini borcla bağlamışdı - Bu gün 45 bağçanın qurucusudur

    Product image
    XƏBƏR ARXİVİ
    ÇOX OXUNANLAR

    TƏBRİK EDİRİK!

    Seyid Füğara Ağa

    Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

    Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

    Əlaqə

    Haqqımızda

    İDMAN

    13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

    Product image

    18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

    Product image

    23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

    Product image
    Təqvim