Azərbaycanın əməkhaqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb
CANLI TV / 19.06.2024 00:24
Azərbaycanın əməkhaqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb
Ümumi orta aylıq əməkhaqqına görə ölkələrin dünya reytinqində Azərbaycan 2024-cü ilin əvvəlinə 196 ölkə arasında 99-cu yeri tutub.
"carciTV" "CEOWORLD Magazine” jurnalının araşdırmasına istinadən verdiyi məlumata görə, ölkəmizdə orta aylıq əməkhaqqı494ABŞ dolları təşkil edib.
MDB ölkələri arasında ən yüksək əməkhaqqı Rusiya (2 159ABŞ dolları) və Qazaxıstandadır (673ABŞ dolları). Reytinqdə Azərbaycandan aşağıda Ukrayna (430ABŞ dolları), Özbəkistan (351 ABŞ dolları), Qırğızıstan (228ABŞ dolları) və Tacikistan (169ABŞ dolları) qərarlaşıb.
Dünyada ən yüksək əməkhaqqı İsveçrədə müşahidə olunub –8 111ABŞ dolları. İlk "üçlüy”ə həmçinin Lüksemburq (6 633ABŞ dolları) və ABŞ (6 455ABŞ dolları) daxil olub. Ən aşağı əmək haqqı isə Lesoto (24ABŞ dolları), Anqola (27ABŞ dolları) və Malavidə (31ABŞ dolları) müşahidə olunub.
Qeyd edək ki, ümumi əməkhaqqı vergilər və digər ayırmalar, məsələn, pensiya fondlarına, tibbi sığortaya və s. ayırmalar çıxılmadan əmək haqqının ümumi məbləğidir.Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən10,2% artaraq1 007,5manat (592,6ABŞ dolları) təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta sektorları, elmi-texniki fəaliyyət, informasiya və rabitə sahələrində çalışanlardadır.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
