reklam
USD
9 ℃
EUR
BAKI

DÖVLƏTÇİLİK TARİXİMİZDƏ DİPLOMAT QADINLARIMIZ

NƏŞR / 28.06.2024 23:02

DÖVLƏTÇİLİK TARİXİMİZDƏ DİPLOMAT QADINLARIMIZ


   24 iyun Diplomatiyada Qadınların Beynəlxalq Günü kimi qeyd olunur. BMT-nin Baş Assambleyası bu günün təsis olunması ilə bağlı Azərbaycanın da həmmüəllif olduğu qətnaməni 2022-ci il iyunun 22-də qəbul edib. Məqsəd qadınların diplomatiya sahəsinə verdiyi önəmli töhfələri vurğulamaq və qərarvermənin bütün səviyyələrində qadınların daha fəal iştirakını təşviq etməkdir. Bu, ölkəmizdə diplomatiya sahəsində qadınların fəaliyyətinin rəsmi təsdiqidir. Lakin tarixə müraciət etsək, görərik ki, Azərbaycanda diplomat qadınların rolu və fəaliyyəti çox qədim zamanlara söykənir. Belə ki, Ağqoyunlu sülaləsinin hökmdarı Uzun Həsənin anası Sara Xatunun adı təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə ilk xanım diplomat kimi yazılıb. Onun dərin ağlı, mətanəti, müdrikliyi və cəsarəti dillərə dastan olub. Sara Xatun Ağqoyunlu dövlətinin idarə olunmasında yaxından iştirak edərək dövlətin möhkəmlənməsində, xarici ölkələrlə diplomatik əlaqələrin qurulmasında böyük rol oynayıb. Oğlu Uzun Həsən bütün xarici siyasət məsələlərini anası ilə məsləhətləşir, ən məsul diplomatik danışıqlara onu göndərirdi.

    Şərqin ilk diplomat qadını olan Sara Xatun Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də, uğurlu diplomatik danışıqlar aparmışdı. Sultan II Mehmetin düşərgəsinə yollanan Sara Xatunun qarşısında çətin vəzifə dururdu. O, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Yaxın və Orta Şərqdə böyük nüfuz sahibi olan Sara Xatun sultanın hərbi düşərgəsində yüksək səviyyədə qarşılanır. Bütün diplomatik ustalığını işə salaraq oğlunun tapşırığını yerinə yetirir və II Mehmet Ağqoyunlu dövləti ilə müharibə etmək fikrindən vaz keçərək sülhə razı olur. Bunun o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti var idi. Məhz Sara Xatunun bağladığı bu müqavilə sayəsində Türkiyə ilə döyüşmək iqtidarında olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini qoruyub saxlaya bilir. Onu bütün bacarıq və uğurlu fəaliyyətinə görə hətta Avropa ölkələrində də tanıyırdılar. Məsələn, Azərbaycana göndərilən Venesiya elçiləri Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək barədə tapşırıq almışdılar.

Ağqoyunlu dövrünün salnaməçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün yola düşür və Rüstəm Tərxanın düşərgəsində olur. Onun ordusunun təsəvvür etdikləri gücdə olmadığını görüb oğlu Uzun Həsənə məktub yollayır: "Dayanmayıb hücuma keç, qələbə sənin olacaq". Rəqib ordusuna ani bir nəzər salmaqla qüvvələr nisbətini düzgün qiymətləndirməsi Sara Xatunun hərbi intuisiya və səriştəsindən xəbər verirdi. Bundan sonra Uzun Həsənin qoşunu Rüstəm Tərxanın düşərgəsinə hücum edərək onu darmadağın edir. Elə bütün bu məziyyətlərinə görə bəlkə də bəşəriyyətdə ən böyük diplomat qadın Azərbaycan qadını, anasıdır. Çünki o, bir ömür boyu dövlətini, kiçik dövlət modeli olan ailəsini, övladlarını qoruyub, ayaqda saxlamaq və cəmiyyətə sağlam ailə modeli təqdim etmək üçün hər şeyə hazır olur, şərəflə mücadilə edir. Onun öz missiyası, diplomatiyası var. Bu mənada, Azərbaycan qadınının ailə ocağının keşiyində duran qayğıkeş xanım siması ilə yanaşı, ictimai həyatdakı ənənəvi və tarixi fəal iştirakı tamamilə təbiidir. Əsrlər boyu bir çox Azərbaycan qadını öz adını dövlətçilik tariximizə əbədi həkk etdirib. Qəhrəman Tomris, XII əsrdə yaşamış şairə Məhsəti Gəncəvi, XIX əsrdə yaradıcılıqları ilə fərqlənən Xurşidbanu Natəvan, Fatma xanım Kəminə xalqımızın mədəni irsinin əvəzsiz nümayəndələridir.

   Ötən əsrin əvvəllərində, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan gender bərabərliyini qanunvericiliyə daxil edib. Avropanın aparıcı ölkələri və ABŞ-dan əvvəl qadınlarımız üçün səsvermə hüququ dövlət səviyyəsində tanınıb. Keçmiş SSRİ dövründə də Azərbaycan beynəlxalq əlaqələrin qorunması və milli diplomatiyanın inkişaf etdirilməsi, peşəkar mütəxəssislərin yetişdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirib. Hətta bu proses 1959-1983-cü illərdə xarici işlər naziri vəzifəsində Tahirə Tahirovanın işlədiyi müddətdə xüsusilə davam edib. Tahirə Tahirova Moskvadan məhz diplomatik fəaliyyətlə məşğul olmaq barədə razılıq əldə edib və sovet Azərbaycanında dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi altında xarici işlər naziri vəzifəsində fəaliyyət göstərir. O, BMT Baş Assambleyasının işində üç dəfə iştirak edib, 1975-ci ildə isə təşkilatın sosial, humanitar və mədəni məsələlər üzrə Üçüncü Komitəsinin işinə rəhbərlik edib. Demək olar ki, ölkənin beynəlxalq arenada Tahirə xanım timsalında təmsil olunması Azərbaycanın gələcəkdə müstəqil xarici siyasətinin tanınması üçün zəmin yaradıb.

     Bu gün Azərbaycan diplomatiyası dünyada həm də qadınların simasında təmsil olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadın diplomatiya təfəkkürünün ən parlaq və bariz nümunəsidir. Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin genişlənməsində, inkişafında və gücləndirilməsində birinci xanımın əməyi danılmazdır. Azərbaycan milli musiqisinin, ədəbiyyatının və poeziyasının inkişafı və təbliği istiqamətindəki fəaliyyətinə, mədəniyyətlərarası dialoq sahəsində gördüyü işlərə görə Mehriban xanım Əliyeva ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Gərgin və çoxşaxəli fəaliyyəti ilə ölkə diplomatiyasının inkişafına xidmət edən Mehriban Əliyeva Azərbaycanın nüfuzunu gücləndirib və ölkəmizə beynəlxalq aləmdə dostlar qazandırıb. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birini ümumbəşəri tarixi və mədəni abidələrin qorunması, bərpası təşkil edir. Azərbaycan Fransa, İtaliya, Almaniya və Rusiya kimi dövlətlərdə tarixi abidələrin restavrasiyasında iştirak edir. Ümumiyyətlə, Avropa ölkələrinin paytaxtlarında mədəni irs abidələrinin bərpa edilməsində Azərbaycanın iştirakı ölkəmiz üçün yerli incəsənət və mədəniyyət xadimlərinin, Avropa cəmiyyətinin öndə gələn simalarının etibarını qazanmaq üçün zəmin yaradıb.

     Azərbaycan diplomatiya tarixində qadınların fəaliyyəti bu gün uğurla davam edir. Dünyada xarici işlər nazirliklərində qadınların təmsilçiliyi cəmi 25, qadın səfirlərin sayı isə cəmi 20 faizdir. Doğrudur, bu sahədə hələ ki, qadınların iştirakı kişilərə nisbətən aşağı səviyyədə olsa da, Azərbaycanın bu sahədə də uğurlu addımlarla öz sözünü deyir. Azərbaycanın xarici ölkələrdəki 67 səfirinin 2-si, baş konsullarımızdan 6-sı kişi, 1-i isə qadındır.

Rahib KƏRİMLİ,
"Ad günü" jurnalının Baş redaktoru, 
"carciTV" İnformasiya portalının rəhbəri, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Oxunub: 241






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim