FENOMEN QADIN LİDER
NƏŞR / 21.07.2024 02:20
FENOMEN QADIN LİDER
Ömrünü Vətənə, Xalqa həsr edən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi Akademiyasının müdavimi xanım Mehriban Əliyevanın Azərbaycan dövlətinə və xalqına xidməti haqqında yazmaq, belə bir məsuliyyəti üzərinə götürən hər bir kəsdən yüksək müşahidəçilik qabiliyyəti və faktları obyektiv təhlil edə bilmək məharəti tələb edir.
Yazıçı-jurnalist Rahib Kərimlinin oxuculara təqdim etdiyi bu kitabında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ictimai, sosial və siyasi həyatımızda oynadığı mühüm rolu, görkəmli qadın lider kimi ölkəmizin dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi sahəsində gördüyü misilsiz işləri işıqlandırılır.
Xalqımızın sevimlisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü, əslində, hər bir soydaşımızın şad günüdür.İnsanlar onu sevir, ona güvənir, ölkəmizin inkişafı naminə irimiqyaslı humanitar fəaliyyətini yüksək qiymətləndirirlər.Həyat və fəaliyyətinə parlaq şəxsiyyət məktəbi kimi yüksək sayğı göstərilən, həyatı necə yaşamağın nəcib nümunəsinə çevrilən Mehriban xanım öz mənəvi-intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə, Azərbaycan qadınının geniş ictimai fəaliyyətinin yeni və olduqca parlaq səhifələrini açmışdır.Onun ölkəmizin inkişafına, bütün sahələrdə əldə edilən zəfərlərə situmul verən fəaliyyəti ciddi elmi-humanitar əsaslara söykənir.Bu uğurları dərin biliyə, geniş erudisiyaya, yüksək insanlıq keyfiyyətlərinə malik olması şərtləndirir.Mehriban xanım öz fəaliyyətilə yüksək ictimai siyasi potensiala malik Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir. Rahib Kərimlinin görkəmli dövlət xadimi Mehriban xanım Əliyevanın parlaq fəaliyyətini özündə əks etdirən "Fenomen qadin lider" kitabında bu barədə dərin sayğılarla söz açılır.
Kitabda xalqımızın sevimlisi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli elmi-mədəni, humanitar, ictimai-siyasi fəaliyyəti vətəndaş-ziyalı mövqeyindən işıqlandırılıb. Kitabın müəllifi, Rahib Kərimli ölkəmizin müasir siyasi ədəbiyyatında tanınmış müəlliflərdən biri kimi indiyə qədər yazdığı kitabları ilə oxuculara yaxşı tanışdır. "Fenomen qadin lider" kitabı Rahib Kərimlinin yaradıcılıq işinin mükəmməl davamıdır.Görkəmli ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın ad günü ərəfəsində işıq üzü görən və onun parlaq fəaliyyətini özündə əks etdirən "Fenomen qadin lider" kitabı cəmiyyətə təqdim olunur.Mehriban xanım ölkəmizdə Birinci xanım institutunu öz böyük şəxsiyyəti və fəaliyyəti ilə formalaşdıran fonemen ictimai-siyasi xadimdir.Təbii ki, Birinci xanım missiyasını yerinə yetirmək Azərbaycanda yeni məsələ deyil, ancaq Mehriban xanım bu missiyanı elə bir zirvəyə qaldırdı ki, bu zirvə bütövlükdə Azərbaycan qadınının cəmiyyətdə və beynəlxalq aləmdə müstəsna mövqeyini simvolizə edir.Xalqa xidmət işi istiqamətində Mehriban xanımın həyata keçirdiyi işlər bir məktəbdir.İlk növbədə bu, bir siyasət yaradıcılığıdır, qadınların dövlət quruculuğu sahəsində nəyə qadir olmasının əyarı kimi çox dəyərlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı, Mehriban xanımın gördüyü işlər həqiqətən qürurvericidir.Adətən, deyirlər ki, böyük işlərə imza atmaq nə qədər qiymətlidirsə, onu dəyərləndirmək də bir o qədər qiymətlidir. Rahib Kərimlinin"Fenomen qadin lider" kitabı da bu baxımdan çox dəyərlidir. Müəllifin sözləri ilə desək:"Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ilk növbədə, milli maraqların keşiyində dayanan, ona yeni rəng qatan şəxsiyyətdir.Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqimizin, muğamımızın, söz sənətimizin, mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı olduqca vacib layihələr həyata keçirilib.Onun fəaliyyəti nəticəsində dünyanın əksər ölkələrilə dostluq əlaqələrimiz daha da möhkəmlənib.Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir.Heç də təsadüfi deyil ki, o, dəfələrlə aminstiya təşəbbüsü ilə çıxış edib.Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir.Nəticədə on minlərlə insan öz azadlığına qovuşub, yüz minlərlə ailə sevinc yaşayıb.Mehriban xanım humanizm və mərhəmət hissinin mücəssiməsi olan şəxsiyyətlərdəndir”.
Mehriban xanımın ölkəmizin ictimai-siyasi həyatındakı parlaq fəaliyyətindən və sözügedən kitabın məziyyətlərindən çox danışmaq olar. Mehriban Əliyeva hər bir Azərbaycan insanı üçün çox doğmadır, əsl ana-bacı simvoludur: Müəllifin dili ilə desək, "Onun simasında həmişə rəhmətlik Zərifə xanım xatırlanır.Səmimi, həssas və qayğıkeşdir. Mehriban xanım cəmiyyətimiz üçün çox qiymətlidir.Türk qadınının min illər boyu təzahür etmiş parlaq varlığınıntəcəssümünübugün Mehriban xanımın fəaliyyətində görürük”.Müəllifin Mehriban xanım Əliyeva haqqında yazdığı bu kitab Qarabağ mücadiləmizin uğurla başa çatdığı, şanlı Zəfər günümüzün qüruruyla yaşadığımız zamanın havasını özündə ehtiva edir.
Kitabın müəllifinin son dərəcə dolğun fikirləri ilə hesablaşmamaq mümkün deyil, hətta qürurvericidir: "Xalqımızın sevimlisi Mehriban xanım Əliyeva o siyasi xadimlərdəndir ki, onun bütün fəaliyyəti Azərbaycanın inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, xalqımız haqqında xoş təəssürat yaratmağa hesablanıb.Mehriban xanımın Ali Baş Komandan İlham Əliyevlə birlikdə daim Azərbaycan insanının, Azərbaycan həqiqətlərinin, Azərbaycan əsgərinin, milli-mənəvi dəyərlərimizin yanında olması dövlətçiliyimizin qarantı, aydın gələcəklərə inamımızın ilhamvericisidir”. Rahib Kərimlinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə ərməğan etdiyi "Fenomen qadin lider" kitabı onun dünyəvi nüfuzundan, humanitar, siyasi və dövləti fəaliyyətindən ətraflı bəhs edir.
Əminliklə deyə bilərik ki, böyük zəhmətin və məsuliyyətin, siyasi yaradıcılığın məhsulu olan "Fenomen qadin lider" kitabı hər bir Azərbaycansevərin, deməli, Mehriban xanımı sevənlərin masaüstü kitabı olacaq. "Mehriban xanım Əliyeva adına uyğun olaraq hamıya şəfqətliliyi, mehriban münasibəti, mərhəmətli rəftarı və örnək davranışı ilə millətimizin, xalqımızın qəlbində özünə layiqli yer tutub... Mehriban xanım nəcib, humanist Azərbaycan xanımıdır, humanizm və mərhəmət onun ən ali həyat kredosudur.”, - deyən kitabın müəllifinə daha böyük yaradıcılıq uğurları arzulayırıq.
"Fenomen qadin lider" kitabının yazılma zərurəti, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi mənada silahdaşı Mehriban xanım Əliyevanın mənsub olduğu nəsil və ailə şəcərəsi barədə kitabda yer alan faktlar təqdirəlayiqdir. "Fenomen qadin lider" kitabının müəllifi Rahib Kərimli ulu öndər Heydər Əliyevin şanlı irsinin, mükəmməl dövlətçilik kursunun yorulmaz araşdırmaçılarından, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin cahanşümul fəaliyyətinin ən mükəmməl təşviqatçısıdır.
İnanırıq ki, "Fenomen qadin lider" əsəri özünün siyasi-ideoloji məzmununa və ədəbi-bədii dəyərinə görə, böyük oxucu marağına səbəb olacaq. Kitabı Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə, Birinci xanım Mehriban Əliyevanın Azərbaycan dövlətinə və xalqına xidmətləri haqqında qısa ensiklopedik məlumat hesab etmək olar və onun çapı Azərbaycanın dünya tarixinə örnək olan qadınına layiqli töhfədir.
Nadir MƏMMƏDLİ,
AMEA Dilçilik İnstitutunun direktoru,
Filologiya elmləri doktoru, professor.
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim