Avqust ayı üçün hava proqnozu açıqlanıb
CANLI TV / 31.07.2024 22:20

Avqust ayı üçün hava proqnozu açıqlanıb
Avqustda Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, uzunmüddətli proqnoz təhlillərinə əsasən avqust ayında da digər aylarda olduğu kimi, yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ərazimizin mürəkkəbliyini nəzərə alaraq hər bir bölgə üçün avqust ayında gözlənilən meteoroloji şərait xüsusi təhlil edilib.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 22-27°, gündüzlər 29-34° isti, bəzi günlərdə 36-39° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 6-8 millimetr).
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 25-27° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 36-39° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 6-10 millimetr).
Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18°, gündüzlər 20-25° isti, bəzi günlərdə 30-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (26-55 millimetr).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturu 20-23° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 18-23° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın olacaq (norma 15-37 millimetr).
Gəncə şəhərində, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 27-32° isti, bəzi günlərdə 35-38° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (19-27 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 16-21° isti, bəzi günlərdə 9-14° isti, gündüzlər 23-28°, bəzi günlərdə 31-36° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 13-116 millimetr).
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr gecə 20-25°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-39° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 6-22 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturu 22-25° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 18-23°, gündüzlər 27-32° isti, bəzi günlərdə 35°-dək isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 13-83 millimetr).
Qeyd edək ki, aylıq hava proqnozlarının hazırlanması zamanı əsas təhlil olunan meteoroloji faktorlar temperatur və yağıntı rejimidir. Hava temperaturunun paylanması və rejimi əhatə olunan rayonun relyef xüsusiyyətlərindən asılıdır. Belə ki, ərazi üzrə hava temperaturunun dəyişkənliyi yerli atmosfer dövranı və sinoptik şəraitdən asılı olub, onun illik gedişinə təsir edən amillərdən biri hesab olunur.

2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

2024-07-21
02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

2025-05-27
17:23 QƏZƏLLƏR : O.D.ELMAN

2025-05-26
15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

2025-05-19
00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

2025-02-01
03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

2025-05-12
11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
