reklam
USD
10 ℃
EUR
BAKI

Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb

RƏSMİ / 07.08.2024 23:44

Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılmasına dair Sərəncam imzalayıb.

"carciTV" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə naziri şuranın sədri, daxili işlər, müdafiə, səhiyyə nazirlərinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Ali Məhkəmə sədrinin, Baş prokurorun və Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavinləri isə üzvləri təyin olunublar.

Bundan başqa, Şuraya müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə, vahid informasiya sisteminin yaradılması və digər məsələlərə dair təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Şuraya fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiqləmək, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etmək barədə tapşırıq verilib.

Nazirlər Kabinetinə isə Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.



Oxunub: 283






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim