Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib
REPORTAJ / 02.09.2024 03:41
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib
Sentyabrın 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və IDEA könüllülərinin iştirakı ilə təmizlik aksiyası keçirilib.
"carciTV" xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya Kürdəxanı ərazisində yerləşən gölün sahilində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.
Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
