reklam
USD
6 ℃
EUR
BAKI

Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib VİDEO

MARAQLI / 28.09.2024 22:45

Bakının "Gənclik” parkında ağacəkmə aksiyası keçirilib


    Sentyabrın 23-də Bakının Xətai rayonundakı "Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.

    "carciTV" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

    Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

    Qeyd edək ki, "Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.

    Xatırladaq ki, 2019-cu il noyabrın 11-də "Gənclik” parkı yeni salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi.

    2021-ci il avqustun 26-da istifadəyə verilən "Gənclik” parkı insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.

    Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. "Gənclik” parkı ərazisindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə oldu.



    Oxunub: 412






    SON XƏBƏRLƏR

    2026-01-04

    03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

    Product image

    2025-12-26

    03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

    Product image

    2025-12-25

    01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

    Product image

    2025-12-24

    01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Product image

    01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

    Product image
    XƏBƏR ARXİVİ
    ÇOX OXUNANLAR

    TƏBRİK EDİRİK!

    Seyid Füğara Ağa

    Əlaqə

    Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

    Haqqımızda

    Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

    İDMAN

    13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

    Product image

    18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

    Product image

    23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

    Product image
    Təqvim