44 GÜNLÜK MÜHARİBƏ Müharibə dəhşət, müharibə vəhşət...
NƏŞR / 30.09.2024 22:59
44
GÜNLÜK MÜHARİBƏ
Müharibə dəhşət, müharibə vəhşət...
Müharibə - insan qanı ilə suvarılan torpaqlarda gedən dünyanın özündən də böyük amansız bir döyüş, dəhşətləri yerə-göyə sığmayan bir fəlakət, bir faciə. 27 sentyabr 2020-ci il tarixi - ANIM GÜNÜ. Azərbayan tarixinə Şəhid qanı ilə yazılan 44 günlük müharibənin başlandığı gün. Bu tarix bizi Böyük Qələbəyə apardı. Həmin gün Azərbaycan Ordusu 30 illik həsrətimizin sona çatdığını bizə bəyan etdi.
30 illik zaman tarixi bizim əxlaqımıza, mənəviyyatımıza heç bir kölgə salmadı. Biz xalq olaraq dözdük, səbr etdik və Ali Baş Komandanımızın qəbul edəcəyi qərarı gözlədik. Bu Qərar isə Azərbaycan tarixinin qazanacağı zəfərin uğurlu başlanğıcı oldu. Ermənistanın isə 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirə bildi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan "yenilməzlik" puç oldu. Torpaqlarımız Azərbaycan xalqının iğid oğullarının, bizim əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qaytarıldı. Üç mindən çox Şəhid verdik, çoxlu Qazimiz oldu. Torpağımızı, bayrağımızı hər şeydən Uca tutaraq canlarından, qanlarından keçərək ŞƏHİDLİK kimi ən uca zirvəyə ucaldılar Azərbaycan cəngavərləri... Amma heç biri geri dönmədi.
44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Dəmir yumruq əməliyyatı xalqın birlik fəlsəfəsinə çevrildi. Bundan sonra torpaqlarımıza gözü dikilənlərin başında dəmir yumruq olacaq. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. "Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən müharibəsi noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Qalibiyyətimizin rəmzi olaraq 10 dekabr tarixində möhtəşəm Zəfər paradının keçirilməsi isə Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi. Haqq-ədalət uğrunda savaşda Azərbaycan Ordusu zəfər çaldı. Azəbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı. İndi hər bir azad torpaqlarımızda bayraqlarımız qürurla dalğalanaraq sanki "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" deyərək bütün dünyaya qürurla öz əbədi azadlığını göstərir.
Məryəm ƏLİYEVA.
Kürdəmir rayon MKS-nin Metodika Biblioqrafiya şöbəsinin baş biblioqrafı.
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
