15 Oktyabr - Qələbəyə aparan yolun başlanğıcı
RƏSMİ / 16.10.2024 12:37
15 Oktyabr - Qələbəyə aparan yolun başlanğıcı
2003-cü il oktyabrın 15-i Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 21 il əvvəl xalq öz gələcəyini, inkişafını, təhlükəsizliyini, zəfərini təmin etmək üçün etimad göstərdiyi şəxsə - İlham Əliyevə səs verdi. O, dünya liderləri sırasında xalqa verdiyi bütün vədləri yerinə yetirən nadir siyasi xadimlərdən biridir. Ölkə iqtisadiyyatında dinamik inkişaf, geniş enerji islahatları, əhalinin sosial təminatının gücləndirilməsi, vətəndaş məmnunluğunun əldə olunması yürüdülən düzgün strategiya əsasında mümkün olub. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqenin möhkəmləndirilməsini stimullaşdırdı. Görülən ölçüyəgəlməz fəaliyyətlərin əsas hədəfi, heç şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. İlk dəfə prezident seçilməsindən 17 il sonra Ali Baş Komandan kimi Qarabağda və Şərqi Zəngəzurda parlaq Zəfər əldə edən dövlətimizin başçısı 20 il sonra Xankəndidə üçrəngli Bayrağı ucaltmaqla qələbəni tamamladı. Əldə olunan nailiyyətlər xalqımızın 21 il əvvəl doğru seçim etdiyinin təsdiqidir.
Ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını Prezident İlham Əliyevin möhtəşəm uğurlarının təntənəsi adlandıran deputat əlavə edib: "Dövlətimizin başçısı özünün də qeyd etdiyi kimi, prezident seçilərkən Azərbaycan Bayrağını işğal altında olmuş bütün ərazilərdə qaldırmağı vəzifə borcu hesab edirdi. Onun bu borcu yerinə yetirəcəyinə Ulu Öndər Heydər Əliyev hər kəsdən çox inanırdı. Dahi Lider "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi ilə işğal altındakı torpaqlarımızın azad edilməsini də nəzərdə tuturdu. Prezident İlham Əliyev həm ata vəsiyyətini, həm də xalqa vədini yüksək səviyyədə yerinə yetirdi. Bu gün bizim qarşımızda digər vəzifələr, missiyalar dayanır: Qələbəmizi qoruyub saxlayaraq möhkəmləndirmək, Azərbaycanı inkişaf etdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini daha da yüksəltmək, bütün bölgələrdə quruculuq işləri aparmaq, yeni iş yerləri açmaq, ölkəmizə qarşı təzyiqləri aradan qaldırmaq və beynəlxalq nüfuzumuzu daha da gücləndirmək.
Torpaqlarımızın işğal altında olması, qaçqın və məcburi köçkün problemləri ümumi inkişaf tempimizi zəiflədirdi. Vətən müharibəsi və antiterror tədbirləri ilə bu maneələr, problemlər aradan qalxıb. Tarixi zəfərimizin həyatımıza müsbət təsiri göz önündədir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri on minlərlə yeni işlərinin açılmasına, iqtisadi inkişafa səbəb olub. İşğaldan azad olunan ərazilərə yatırılan investisiyaların, yaradılan sənaye və kənd təsərrüfatı müəssisələrinin iqtisadi faydasını yaxın illərdə daha da aydın hiss edəcəyik. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi artımda payı ildən-ilə artacaq. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü düzgün strategiyanın nəticəsidir.
Azərbaycan ötən müddət ərzində öz resurslarına arxalanaraq güclü iqtisadi sistem qurub. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik. İqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə bizə böyük imkanlar qazandırır. Bunun nəticəsidir ki, Azərbaycan uğurla, ləyaqətlə müstəqil xarici siyasət yürüdür. Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində keçid dövrünü başa vurdu. Bu, bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün oldu. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektorun payına düşürdüsə, indi bu rəqəm 80 faizdən çoxdur. Azərbaycan "yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlib. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən quruldu. Azərbaycanın tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi başa çatmaq üzrədir. Biz borc alan ölkədən donor ölkəyə çevrilmişik. Ölkə Prezidentinin hər zaman vurğuladığı kimi, Azərbaycan valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir. Dövlətimiz müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişafına təkan verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi də məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, xüsusilə də yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır. Təbii ki, 2023-cü il 15 oktyabr prezident seçkilərinin Azərbaycan tarixindəki rolu, dövlətimizin başçısının 21 illik xidmətlərinin nəticələri barədə çox danışmaq olar. Düşünürəm ki, 21 il ərzində əldə olunan ən böyük qazanclarımızdan, uğurlarımızdan biri vətəndaş məmnunluğu, xalqın sevgisi və dəstəyidir. Bu gün Azərbaycan xalqı öz Prezidentini sevir, onun ətrafında sıx birləşib. Dünyanın heç bir ölkəsində xalqlar Azərbaycanda olduğu qədər öz prezidentinə sadiq deyildir. Bu sevgi, bu dəstək yorulmaz fəaliyyətin, böyük zəhmətin, təmənnasız xidmətin nəticəsində mümkün olub.
Rahib KƏRİMLİ.
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim