reklam
USD
10 ℃
EUR
BAKI

Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

RƏSMİ / 06.11.2024 12:50

Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək


    Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib.

    "carciTV"xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirib.

    İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib: "Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

    Azərbaycan Prezidenti: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər

    Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

    "carciTV" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

    Azərbaycanın yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.

    Azərbaycan Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb

    Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.

    "carciTV" xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.

    Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.

    Prezident: Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb

    Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb.

    "carciTV"xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.

    Dövlətimizin başçısı vurğulayıb ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.



    Oxunub: 226






    SON XƏBƏRLƏR

    2025-11-03

    01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

    Product image

    01:14 TƏMƏNNA

    Product image

    00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

    Product image

    2025-10-14

    21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

    Product image

    21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

    Product image

    21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

    Product image

    21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

    Product image

    20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

    Product image

    20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

    Product image

    2025-08-02

    00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

    Product image

    2025-06-21

    11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

    Product image
    XƏBƏR ARXİVİ
    ÇOX OXUNANLAR

    TƏBRİK EDİRİK!

    Seyid Füğara Ağa

    Əlaqə

    Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

    Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

    Haqqımızda

    İDMAN

    13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

    Product image

    18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

    Product image

    23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

    Product image
    Təqvim