Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
RƏSMİ / 21.11.2024 03:05
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar












DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət benefisiarlarının ifasında konsert proqramı təqdim edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un Yaşıl Zonasındakı "Art Pavillion”da təqdim edilən sərgi ilə tanış olublar.
"carciTV" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mərkəzdə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumat verib.
Bildirilib ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və "DOST Evi” filialının həssas əhali qruplarına aid benefisiarları və təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilir.
Əl işləri sırasında yaşıl dünyaya, ətraf mühitin mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də yer alıb.
Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət benefisiarlarının ifasında təqdim edilən konsert proqramını da izləyiblər.
Müslüm Müslümzadə, Səbinə Əsgərova, Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.
Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla qarşılanıb.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə görüşərək onlarla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
