®“GL Group” Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 metr dərinlikdə üfüqi quyu qazacaq
XƏBƏR / 07.12.2024 00:42

®"GL Group” Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 metr dərinlikdə üfüqi quyu qazacaq
"carciTV" xəbər verir ki, "GL Group” Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4400 metr dərinlikdə planlaşdırılmış, yanal uzunluğu təxminən 400 metr olan üfüqi neft quyusu qazacaq. Qeyd olunan üfüqi quyunun qazılması Salyan rayonundakı "Kürsəngi” və "Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyacaq və həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha irimiqyaslı qazma təşəbbüsü çərçivəsində yerinə yetiriləcək. Bu həftə "GL Group” həm yerli, həm də beynəlxalq qazma şirkətlərini dəvət edərək qazma xidmətləri üçün tender elan edib (https://www.gl.world/media/news/tender-announcement/). Qazma işləri çərçivəsində "GL Group”un Azərbaycanın neft-qaz sektorunda innovasiya və əməliyyat mükəmməlliyinə nail olmaq hədəflərini dəstəkləyən yeni texnologiyalardan istifadə ediləcək.
Bu ilin əvvəlində "GL Group” özünün afilə şirkəti olan "Taghiyev Operating Company” əməliyyat şirkətinin istismar etdiyi "Buzovna-Maştağa” və "Qala” yataqlarında altı yeni quyunun qazma işlərini vaxtından əvvəl, insidentsiz və ətraf mühitə tam təsirsiz şəkildə başa çatdırıb. Hazırda bu altı quyuda hasilat ilkin proqnozları üstələyib və bu, "GL Group”un əməliyyat səmərəliliyini və mükəmməl nəticələr əldə etmək prinsiplərinə sadiqliyini bir daha vurğulayır.
"GL Group”, həmçinin özünün afilə şirkəti olan "Salyan Oyl Limited” əməliyyat şirkətinin istismar etdiyi "Kürsəngi” və "Qarabağlı” yataqlarında 19 il davam edən baza hasilat düşməsinə son qoyub və hazırda əhəmiyyətli kapital sərmayələr qoymadan həyata keçirilən istismar səmərəliliyi proqramları sayəsində bu yataqlarda hasilat artımına da nail olub.
"Bu qazma proqramı "GL Group” üçün irəliyə doğru atılan mühüm addımdır. Qabaqcıl qazma metodlarının və əməliyyat səmərəliliyi təşəbbüslərinin vəhdəti regionda quruda yeni hasilat standartlarının müəyyənləşdirilməsi ilə nəticələnəcək”, - deyə "GL Group”un Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov qeyd edib.
"GL Group” haqqında:
"GL Group” Azərbaycanın Salyan rayonunda "Kürsəngi” və "Qarabağlı”, Abşeron yarımadasında "Buzovna-Maştağa”, "Qala” və "Zirə” də daxil olmaqla, beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə "Salyan Oil Limited” və "Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən "GL Technical Services” şirkəti daxildir. "GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın "Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. "GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatıwww.gl.worldsaytından əldə edə bilərsiniz.
2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

2024-07-21
02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

2025-05-27
17:23 QƏZƏLLƏR : O.D.ELMAN

2025-05-26
15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

2025-05-19
00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

2025-02-01
03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

2025-05-12
11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
