Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb
XƏBƏR / 10.12.2024 00:32
Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb
Dekabrın 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) "Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub.
"carciTV" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyada çox məşhurlaşıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək Mərkəzdə təqdim olunacaq. "Əminəm ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər”, - deyə Anar Ələkbərov qeyd edib.
Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırıb ki, bu sərgi Mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur. O, Mərkəzdə açılan sərgilərdə fəal təmsil olunduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.
Heydər Əliyev Mərkəzində belə bir sərginin açılmasından məmnunluğunu ifadə edən nigeriyalı heykəltaraş Dotun Popula sərgidə heykəltaraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olunduğunu söyləyib.
"Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim heykəllər sosial şəbəkələr üçün platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin transformasiyada katalizator rolu oynadığını, sosial-mədəni landşaftın öyrənilməsi üçün bir alət olduğunu, yenidənqurmada vasitəçiyə çevrildiyini, ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır”, - deyə heykəltaraş bildirib.
Sonra tədbir iştirakçıları Mərkəzin foyesində və parkında sərgilənən eksponatlara baxıblar.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA "Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və "Öz töhfəni ver!” (Participate!) sərgisinə də baxış keçirilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA "Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 120-dən çox əsər təqdim olunur.
Qeyd edək ki, Dotun Populanın sayca 7-ci fərdi sərgisi Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edərək ətraf mühit və iqlim dəyişmələri mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə edilən materiallardır. Müəllifin sözlərinə görə, sərgilərdə hər bir şəxsin incəsənət üçün bağışladığı töhfəni görməsi bu əsərlərə daha da cəlbedicilik qatır.
Dotun Populanın bədii təqdimatında insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş "heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.
Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə "Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın"Dubay Ekspo 2020” sərgisində Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdu.
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60
10:32 Daşdəmir Əjdəroğlu - 60
10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
