Sınıq qabın hekayəsi
NƏŞR / 20.12.2024 21:42
Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar
Sınıq qabın hekayəsi
Onları şüşə qablar emalı fabrikindən qablaşdırıb maşınlara yükləyən fəhlələrə tapşırdılar ki, ehtiyatlı olsunlar. Rəngli qablar yerlərinə sağ-salamat, zədələnmədən çatdırılmalıydı. Təsadüfdən şüşə qənddanla yol qonşusu olan vaza özünü qürurlu hiss edir, sanki gözəlliyini qəndqabının gözünə soxurdu. Bunu hiss edən qənddan heç nə demədən qapağını maşının sürətindən qoruyur, son mənzili haqqında düşünürdü. Yol uzaq olsa da maşına yüklənən şüşə qablar səslərini çıxartmadan qutularında gedəcəkləri yer barədə düşünürdülər.İndi onların bir istəyi vardı. Kaş ki, onları alan adamlar diqqətcil, səliqəli olsun. Uzun müddət sınmadan, təmiz halda saxlaya bilsinlər. Nəhayət yüklü maşın mənzil başına çatdı. Böyük bir anbarın qarşısında saxladı. İki fəhlə maşına yaxınlaşdı, arxa qapıları açaraq, yükü boşaltmağa başladılar. Sürücü onlara ehtiyatlı olmağı tapşırdı, çünki gətirilən qablara cavabdeh idi. Nəhayət bu iş də bitdi. Maşındakı şüşə qablar səliqə ilə öz qutularında anbara yığıldı. Mavi vaza bu dəfə şüşə stəkanların altında yer almışdı. Həm qüruru, həm də kəsif nəm iyi verən döşəmə onu özündən çıxardırdı. Az qalırdı qışqırsın ki, məni götürün buradan. İki gün bu məhrumiyyətlərə dözən vazanın nəhayət arzusu çin oldu. Yenidən yük maşını göründü. Bu dəfə 4 nəfər gəlib səliqə ilə düzülmüş qabları qutularında daşımağa, maşına yükləməyə başladılar. Yarım saat sonra maşın yola düzəldi. Təxminən saat yarımdan sonra böyük və səliqəli mağazanın qarşısında dayandı. Fəhlələr yenidən şüşə qabları mağazaya daşımağa başladılar. Mağazanın anbarı nisbətən geniş və səliqəli idi. Nəm iyi gəlmirdi. Bu dəfə vazanı şüşə nəlbəkilərlə yan-yana qoydular. Burada daha başqa rəngli vazalar da vardı. Öz görkəmini üstün tutan mavi qab tezliklə vitrini bəzəyəcəyini bilir, bununla öyünürdü. Budur, istədiyi gün gəldi. İki cavan qadın satıcı şüşə qabları ehmalca böyük qutulardan çıxarıb vitrinlərə düzdülər.Mavi vazanı isə lap yuxarı gözə qoydular. Onun sağ və solunda digər şüşə qablar düzüldü.Rəngbərəng qablar mağazaya xüsusi gözəllik verirdi. Hər gün onlara diqqətlə yanaşan satıcı xanımlar tozlarını silir, nəzakətlə yerlərinə qoyurdular." Burada yaşamaq çox yaxşıdır" - həyatlarından məmnun idi şüşə qablar. Günlər, aylar keçirdi. Bir gün vazanın və digər qabların həyatında yenilik oldu. Cavan ailə yeni mənzil almışdı. Onlar yeni mənzilə yeni- yeni qablar almaq fikri ilə mağazanın vitrinlərinə yaxınlaşır, xoşlarına gələn qabları qutulara yığdırıb maşına yüklədirdilər. Bu qabların içində mavi vaza və yol yoldaşı olan qənddan da vardı. Nəhayət vaza və qənddan digər qablarla birgə yeni mənzildə servantın gözlərini bəzədilər. Hər dəfə öz şüşəli mənzilinə nəzər yetirdikcə servantın güzgüsündə düşən əksini görür, öz gözəlliyindən zövq alırdı. Amma bir gün onun həyatı tamamilə dəyişdi. Ev yiyəsi ziyafət təşkil etmişdi. Süfrə bəzənməli idi. Evin xanımı mavi vazanı meyvə ilə doldurub stolun ortasına qoydu. Öz xidmətindən və yerindən razı qalan vaza çevrilib aşağı tərəfdə qoyulan içi dolu mürəbbə olan qənd qabına nəzər saldı və öz- özünə rişxəndlə" Necə də iyrənc görünür.Sanki şirəsi axıb süfrəni ləkələyəcək" Bunu hiss edən qənddan başını aşağı salıb susdu. Nəhayət qonaqlar gəldi. Yemək- içmək başladı. Nahar bitəndə qonaqlara meyvə təklif edildi. Meyvələr dilimlənib boşqablara düzüldü. Stolda lazımsız yer tutan vazanı ev sahibəsi kənardakı masaya qoydu. Ev sahibinin uşağı ilə qonaq uşaq qaçdı- tutdu oynayırdı. Qəflətən qonaq uşağın qolu mavi vazaya toxundu. Vaza masadan düşüb iki yerə bölündü. Qonaq uşağın valideyni bundan çox məyus oldu, oğlunu danladı. Ev sahibi heç də narahatçılıq olmadığını dedi və bir qabın böyük bir əhəmiyyəti olmadığını vurğuladı. Sınmış vazanı yerdən götürüb zibil qabına atdı. Zibillərin ürəkbulandıran qaranlıq mənzilində özünü çox pis hiss edən vaza kədərlə köks ötürdü. Qənddana qibtə etdi. "Eh, necə də xoşbəxtdir." Bir gün beləcə əziyyət çəkən vazanı səhər tezdən qabdakı başqa zibillərlə birgə zibilliyə boşaltdılar. Orada bir az azad olan qab öz yarısını axtarmağa başladı.Gördü ki, çayın o biri tayında uşaqlar evcik-evcik oynayır onunla. Neyləyə bilərdi ki. Gecə oldu. Küçə itləri zibilliyə doluşdu. İtlərdən biri ona yaxınlaşdı.İyrənc dili ilə onu yalamağa başladı.Bundan ürəyi bulanan qab istədi qışqırsın, səsi çıxmadı. Gecə yağış yağdı. Çaya bolluca su gəldi. Suyun onu və başqa zibilləri necə yuyub aparmasını bir göz qırpımında hiss edən qab əvvəlcə qorxdu. İri daşlara dəyərək sınıb çiliklənəcəyindən ehtiyat etdi. Amma başa düşdü ki, artıq o sınıb və heç kimə gərək deyil. Səhər açıldı, günəşin şəfəqlərini öz üzərində hiss edən vaza gözünü açanda özünü çayın ortasında lal və şəffaf suların qoynunda hiss etdi. Bir qədər yuxarıda öz qopmuş parasını gördü. Ürəyi bir az sakit oldu. Çayın daşlarına öz mavi işığından kölgə salan vaza həyatı ilə barışmalı oldu.İllər əvvəl ilk emal olunan gününü xatırladı. Necə xoşbəxt görünürdü.İndi heç vaxt qürurun nə olduğunu düşünmədən beləcə lal sularda sonunu gözləyirdi...
Natavan YUSİFOVA,
Qəbələ rayon MKS-nin Xırxatala kənd kitabxana müdiri
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
