Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ
REPORTAJ / 19.01.2025 12:35
Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu
Hər ilin bu vaxtı Bakı şəhəri, onun ən hündür nöqtələrindən biri olan müqəddəs Şəhidlər xiyabanı qan dənizində üzür. Düz 35 ildir ki, belədir. Düz 35 ildir ki, anamız Azərbaycan, onun tarixlərə şahid olan paytaxtı 1990-cı ilin yanvarında şəhidliyə uğrayan azadlıqsevər oğullarına yas saxlayır. Xiyabana gedən yollar, onun həndəvəri qırmızı qərənfillərə boyanır.
1990-cı ilin 20 Yanvar gecəsi öz sinələrini zirehli tankların, dəmir texnikaların qabağına çıxaranlar xalqımızın azadlığı və suverenliyi uğrunda özlərini qurban verdilər. Lakin təpədən dırnağa qədər silahlanmış sovet ordusunun zabit və əsgərləri dinc sakinləri gülləbaran etməkdən çəkinmədilər. Bakı küçələri həmin ilin şənbəyə açılan səhərini qan içində qarşıladı...
Gülləbaran edilmiş günahsız körpə, qadın, uşaq və dinc sakinlərin qanı axıdılan hər səkiyə, hər addıma, hər küçəyə qırmızı qərənfillər düzüldü. O gündən qərənfillər şəhid qanının rəmzinə çevrildi. Bir vaxtlar məhəbbət rəmzi olan qərənfil həmin gecədən sonra matəm çiçəyinə, kədər və hüzn simvoluna çevrildi.
Bakı yenə şəhid oğullarının ruhunun pişvazına çıxıb. Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bu torpağın üzərində azad və xoşbəxt yaşayan hər kəs üçün əzizdir. Bu günlər canı canımızdan, qanı qanımızdan olan hər kəs onların uyuduğu müqəddəs məkana, and yerinə çevrilən Şəhidlər xiyabanına baş çəkməyi, məzarları üzərinə qərənfil düzməyi, xatirələrini yad etməyi özünə borc bilir.
Bu münasibətlə qırmızı qərənfillərdən don geyinən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri aparılır: işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı məşəllərdə profilaktika işləri aparılır. Bundan başqa ağacların budaqları qırılıb, bəzi kollar budanıb, ot örtüyü yenilənib, yeni gül və kollar əkilib.
Qanlı şənbə gecəsi Bakı küçələrində sinəsini xalqımızın suverenliyi və azadlığı uğrunda tankların, topların və zirehli texnikanın qabağında sipər edənlərin arzuları çiçək açıb. 30 ilə yaxın erməni quldur birləşmələrinin işğalı altında olan Qarabağ torpağı öz əzəli və əbədi sahibinə qayıdıb. Şuşada, Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ölkəmiz müstəqillik yolu ilə uğurla addımlayır. Xalqımızın qazandığı Zəfər yolumuza nur ələyir...
20 Yanvar isə təkcə kədər, hüzn və matəm günü kimi deyil, hünər və qəhrəmanlıq tarixi kimi xatırlanılmalıdır. Həm də qürur və iftixarla...
Rahib KƏRİMLİ
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
