reklam
USD
15 ℃
EUR
BAKI

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

MARAQLI / 19.01.2025 13:10

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri -Araşdırma


Süni zəkanın tez-tez istifadəsi ilə tənqidi düşünmə qabiliyyəti arasında mənfi əlaqə kəşf edilib.

"carciTV" xəbər verir ki, İsveçrənin Sürix şəhərində yerləşən "SBS Swiss Business School"dan Michael Gerlich və komandası "idrak yükünün azaldılması" adlı araşdırma sonrası bu nəticə əldə edilib.

Gerlich bunu belə izah edib:

"İdrak yükünün azaldılması, fərdlərin zehni tapşırıqları xarici vasitələrə ötürməsi və dərin, analitik düşüncə ilə məşğuliyyətinin azalması zamanı baş verir. Bu hal xüsusilə məlumatı effektiv şəkildə təhlil etmək və qiymətləndirmək üçün aktiv zehni iştirak tələb edən tənqidi düşünmə kontekstində narahatlıq doğurur."

Araşdırma çərçivəsində müxtəlif yaş qruplarından və müxtəlif təhsil səviyyələrinə malik 666 iştirakçı ilə sorğular və müsahibələr keçirilib. Daha gənc iştirakçıların süni zəka vasitələrinə ən çox güvənən, 46 yaşdan yuxarı şəxslərin isə süni zəkanın ən az istifadə olunduğu qrup olduğu müəyyən edilib.

Nəticələr göstərir ki, süni zəkanı az istifadə edən yaşlı iştirakçılar tənqidi düşünmə qabiliyyətini ölçən testlərdə daha yüksək nəticələr əldə ediblər.

Araşdırma süni zəkanın əsas bacarıqların öyrənilməsinə kömək edə biləcəyini, lakin mövzu ilə bağlı daha dərin idrak iştirakını zəiflədə biləcəyini vurğulayır.

Elmi jurnal "Societies"də yayımlanan məqalədə qeyd olunur: 

"Daha gənc iştirakçılar, daha yaşlı iştirakçılarla müqayisədə süni zəka vasitələrinə daha çox bağlılıq nümayiş etdirirlər. Bu şəxslər tənqidi düşünmə testlərində daha aşağı nəticələr göstərib. Üstəlik, daha yüksək təhsil səviyyəsi süni zəkanın istifadəsindən asılı olmayaraq daha yüksək tənqidi düşünmə bacarığı ilə əlaqələndirilib. Bu nəticələr süni zəka texnologiyaları ilə tənqidi qarşılıqlı əlaqəni təşviq edən təhsil strategiyalarına ehtiyacı vurğulayır."



Oxunub: 139






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim