reklam
USD
21 ℃
EUR
BAKI

ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI

XƏBƏR / 01.02.2025 00:25

                      ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – 

      TƏRANƏ YUSİFQIZI

ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

   Söz, şeir, qələm sahibi haqqında nəsə demək, nəsə danışmaq çox çətin və məsuliyyətlidir. Onun haqqında yazmaq üçün sözləri seçmək, cilalalamaq gərəkdir. Özü boyda bir dünya olan Təranə Yusifqızı. Ömrünün xeyli hissəsini arxada qoymuş bu xanım yazarımız haqqında heç bir fərqli söz demədən, heç bir fərqli ifadə işlətmədən deyərdim : "Sətir və misraları ilə Vətəni mənə sevdirən adam". Hər kəlməsindən Vətən hopan bir sənətkar. Söz sərrafı. Yazdığı şeirlərini hər kəlməsi ilə Vətən eşqi, xalq məhəbbəti aşılayan yazar. Vətənin seçilməz olduğunu , bütün dünyanın gözəlliklərinin fövqündə duran bu əzəmətin gücünü qəlblərə damla damla, gilə-gilə axıdan qələm sahibi, -

Gözün gözəlliklər görər, sevinər,
Təbiət çox gözəl bir don geyinər.
Göy qurşağı varam, - deyib öyünər,
Çox gözəl gəlişi vardır baharın.

İnsana yaşamaq həvəsi gələr,
Gözləri sevinclə parlayar, gülər.
Vətənim gözəldir, deyib fəxr edər,
Çox gözəl gəlişi vardır baharın,
Bir cənnətdir Vətənimin baharı.

  - deyir. Və bu kiçilməməzlik üçün ürəyinin hənirtisini dilə gətirir. Təranə Yusifqızı bizim üçün "Vətəni bir an olsun belə yadından çıxartmayan, Azərbaycanı özününkü hesab edən” və bu fikri misralara hopduran, bizdən qabaqda yol gedən, qədəmindən nur yağan şairdir.

ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

   Onun şeirləri fəlsəfədir. Mənası və məzmunu çox dərindir. O , xalqın sərvətidir. Xalqın dərdini, ağrısını, acısını onun özündən də çox daşıyan fərqli bir qələm sahibidir Təranə Yusifqızı.

O, XALQIN NALƏSİDİR, FƏRYADIDIR

    Vətənin oğullarını, onların şücaətini misralarda həkk etdirən şair bölünməz, parçalanmaz, zamanında əzəməti və qüdrəti ilə aləmə səs salmış Vətəni üçün hayqırır, onun erməni işğalında qalmış torpaqlarının qaytarılması uğrunda çarpışan Azərbaycan oğlunun, mərd əsgərinin hünərini vəsf edir, bu misralarla qəlbinin hökmünü nümayiş etdirir, Vətən övladlarına mübarizlik və əzmkarlıq aşılayır.

ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Məşhur Braziliya yazıçısı və şairi Paulo Koeliyonun sözlərini xatırlayaq: "Ürəyini ram edə bilən kəs bütün dünyanı özünə tabe edə bilər". Təranə xanım da öz qəlbini və sevgisini xalqın acısı və ağrısına ram etmiş və onun özü olmuş şairdir, poeziya fədaisidir. Bəli, T.Yusifqızı bu gün xalqdır, xalqın naləsidir, fəryadıdır.

Ərləri əvəz etdi yeni doğulan igidlər,
Düşmənə sərhədini, öz həddini bildirdilər.
Vermərik bir qarış torpağı yağıya, - dedilər,
Əzəmətli orduna alqış olsun, Azərbaycan!

Hər kəs öz həyatını yaşayır, yazıb-yaradır və cəmiyyətdə öz sözünü deyir, tarixə ərməğanlarını ötürür. Bu mənada T.Yusifqızı da həmin ədəbi proseslərdən yan qaçmır, özünün kövrək lirikası ilə yüzlərin, minlərin, ….. qəlbində özünə yer qurmağa çalışır. Əslində çoxdan özünə yür qurub. Müqəddəs torpağımız uğrunda şəhid Vətən övladlarının yarı yolda qırılmış ömürlərini, zəfərli hünərlərini nəzmə çəkən Təranə xanım "Şəhidlər” şeirində belə deyir:

Vətən sizə oğul dedi,
Torpağı, daşı oldunuz.
Bu torpağa qurban gedib,
Gözlərin yaşı oldunuz.

Şəhidlər, yeriniz cənnət,
Sizinlədir hər duamız.
Sizin nurlu baxışınızla,
İşıqlandı bu səmamız.

   T.Yusifqızının yenicə çapdan çıxmış "Vətəndir” kitabına "Vətən sevgisi” adlı ön söz yazmış dostumuz şair-jurnalist, tədqiqatçı alim Nazim Tapdıqoğlunun təbirincə desəm, Təranə xanımın poeziyası bəşəriyyətin taleyi üçün narahatlıq duyğularından qidalanır: "Fəlsəfi fikrin daşıyıcısı olan poetik forma gözəlliyi onun poeziyasının əsas qırmızı xəttini şərtləndirir. Azərbaycan, Vətən, Qarabağ, Dünya, Sevgi, Şəhid mövzuları onun tez-tez müraciət etdiyi üçün əsas mövzulardandır. Bu mövzularda yüzlərlə şeiri mövcuddur…”

O BU XALQIN ŞAİRİDİR

ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

    Onu başa düşən və anlayan bir xalqın. Çiynində bir millətin yükünü daşıya biləcək bir xalqın. Ürəyini vətən ağrısı sızladan bir xalqın. Adı Azərbaycan adlı böyük məmləkətin müxtəlif bölgələrində səsləndikcə qürur duyduğumuz şair – elə bu yurdun Cəlilabad adlı kiçik guşəsindən parlayan ədəbiyyat fədaisi. Bu fədai məmləkətimizi sözünün şöləsi ilə isitməkdədir. Neçə-neçə şeir kitabı, "Tale yolu” adlı hekayə kitabı ilə oxucularını ovsunlayan yazarımız oxunduqca ədəbiyyat zövqünün nə olduğunu, qələmin gücünün məkan və yer, millət və xalq tanımadığını, zövqlərin və qəlblərin dərinliklərinə getdiyini dərk edir, daha şövq və həvəslə yazıb-yaratmağa, bunları özünün mənəvi fəlsəfəsinə hopdurmağa çalışır. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün zamanlarda bu hal baş verib: hər kəsin oxumağa səy göstərdiyi şairi özününkülər, doğma yurddaşları onun özünün olduğu zirvədə görə bilmirlər. Təranə xanım isə özünün yaratdıqları ilə bu fikirləri alt-üst edir, özünün kövrək misraları ilə oxucunu bir daha Vətənə kökləyir, Vətənin əsl vətəndşı olmağa səsləyir:

Köksümdəki vuran ürək Vətəndir,
Qəlbimdəki arzu, dilək Vətəndir.
Düşünmürəm bu eşq sonda bitəndir,
Doğum yerim, ölüm yerim Vətəndir!

QƏLBİNDƏ VƏTƏN SEVDASI GÜNDƏN-GÜNƏ ALIŞIB YANAN 
ATƏŞİN BİR OCAĞA BƏNZƏYİR


ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

    Təranə Yusifqızının şeirlərində Vətən mövzusu daha qabarıq və dolğun şəkildə öz noetik əksini tapıb. Bu da səbəbsiz deyildir. Çünki şair öz ilhamının mayasını yalnız və yalnız Vətən torpağının qayasından, daşından, bərəkətli zəmisindən, coşqun suyundan alıb. Doğulduğu məkandan başlanan Vətən sevdasının sərhədləri onun üçün Borçalıdan, Göyçədən Dərbənddən, Təbrizdən, Zəncandan, Kərkükdən, neçə-neçə adını saymadığım müqəddəs qədim Türk torpaqından keçir. Onun qəlbində Vətən sevdası gündən-günə alışıb yanan atəşin bir ocağa bənzəyir. O ocaq illərdir ki, onun qəlbində sönmək bilməyir və inanıram ki, sönməyəcəkdir….
  "Vətəndir” kitabını oxuduqca müəllifin orada Vətən torpağına məhəbbətinin, sevgisinin bariz ifadəsinin müxtəlif forma çalarlarına addımbaşı rast gəlirik. Buna isə sevinməyə bilmirik.
     Mən şair ürəyini həmişə narahat bir dənizə bənzətmişəm. Bu dənizinsə öz aləmi vardır…
Sevimli şairimiz təkcə Vətən mövzusuna qapılıb qalmır. O yaşadığı həyatın hər sahəsindən rəngarəng mövzular taparaq poetik biçimə sala bilir. Eyni zamanda şeirimizin klassik mövzusu olan məhəbbət mövzusundan da yan keçmir. "Sevgi və həyat”, "Belə sevirəm”, "Sevgi ruzigarı” şeirləri onun bu mövzudakı ən uğurlu şeirlərindəndir:

Sevgi ruzigarı əsdi başımda,
Əl açıb Tanrıya şükürlər etdim.
Elə bil bir Mələk durdu qarşımda,
Ona heyran olub, mən təzim etdim.

Sevgi ruzigarı əsdi başımda,
Düşündüm, - nə gözəl yazılıb bəxtim.
Bu sevgi, məhəbbət bəlli yaşımda,
Nə yaxşı ki, döydü qapımı mənim…


ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

    Bu kitabı gec də olsa, oxudum, amma şövqlə, həvəslə. Kitabın təşəkkür etmək istədiyim müəllifinə mənim işim, rejimim yaxşı bəllidir. Ona söz vermişdim ki, əgər kitab xoşuma gəlsə, misralar məni tutsa, qəlbimi oxşasa, mütləq öz fikirlərimi bölüşəcək, qəlbimi riqqətə gətirən misraların təəssüratını oxuculara çatdıracağam. Bəli, mən oxudum, indi növbə sizindir, əziz oxucular, Təranəsevərlər, poeziya həvəskarları. İstedadlı yazar, şairTəranə Yusifqızının "Vətəndir" kitabını oxumağa dəyər.

Daşdəmir ƏJDƏROĞLU,
Yazıçı, jurnalist






Oxunub: 120






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim