reklam
USD
17 ℃
EUR
BAKI

Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

CANLI TV / 01.02.2025 01:35

Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR


Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları veriləcək.

"carciTV" həmin gənclərlə bağlı məlumatı təqdim edir:

Elm sahəsi üzrə bu mükafata AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Axundova layiq görülüb.
Qeyd edək ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Lalə Axundova 2014-cü ildə Bakı Dovlət Universitetinin Biologiya fakültəsini "Genetika” ixtisası üzrə bitirib. O, 2015-ci ildə Niderlandın Vageningen Universitetinin "Tibbi biologiya” ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub.
2020-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan ʺXərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi ̏ adlı qrant layihəsində icraçı kimi iştirak edir. 2021-ci ildə AMEA Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

İnnovasiya və sahibkarlıq sahəsi üzrə mükafata layiq görülən Suad Muradov hazırda ABŞ-da Duke Universitetində magistr təhsili alır. O, Əməkdar elm xadimi, "Şöhrət” ordenli professor Şahbaz Muradovun nəvəsidir. S.Muradov "İstiqbal-1” layihəsinin həmmüəllifidir.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə mükafat alan Əziz Qasımov Naxçıvan Dövlət Universitetinin müəllimidir.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Emiliya Bayramova Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədridir. O, 1998-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin Beynəlxalq münasibətlər ixtisasından məzun olub.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Azər Əliyev Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədridir. O, UNEC-in bakalavr və magistr məzunu olub.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Quliyev Azər bir sıra beynəlxalq mükafatlara layiq görülmüş "Təngnəfəs” filminin rejissorudur.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Gülaliyeva Səyyarə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Hidayətov Coşqun Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktorudur.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Hüseynov Orxan "CadeNZa” orkestrinin artistidir.
Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR

Xəlilli Əliqənbər hazırda ABŞ-ın "TopTal” şirkətində süni intellekt üzrə aparıcı mühəndis olaraq fəaliyyətini davam etdirir.


Oxunub: 60






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim