Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub VİDEO
XƏBƏR / 19.02.2025 03:07
Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.
"carciTV" bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.
Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
