“Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” - AMEA-nın yeni nəşri
NƏŞR / 26.02.2025 18:50

"Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” -
AMEA-nın yeni nəşri
AMEA-da Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halının, çoxcəhətli siyasi-dövlətçilik fəaliyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirən "Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental kollektiv monoqrafiya işıq üzü görüb.
Akademiyadan bildirilib ki, 5 fəsildən ibarət monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilir. Ulu Öndərin ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli dövlət xadimi olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətləri, milli xarici siyasət modelinin müəyyənləşməsindəki fəaliyyəti, davamlı və məqsədyönlü fəaliyyəti real faktlar əsasında əks etdirilib. Kitabda Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı və ərazi bütövlüyümüzün təmin edilməsindəki tarixi xidmətləri elmi şəkildə şərh və təqdim olunur.
Monoqrafiyanın müəlliflər heyəti uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışan tanınmış Azərbaycan alimlərindən ibarətdir.
Tədqiqat əsərinin ideya müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın akademik-katibi akademik Arif Həşimovdur. Kitab AMEA-nın "Elm” nəşriyyatında çap olunub.
"Azərbaycanın dünyamiqyaslı görkəmli dövlət xadimi” adlanan birinci fəsil akademik İsa Həbibbəylinin "Görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu və mübarizəsi: siyasi portretin miqyası” məqaləsi ilə başlayır. Bu fəsildə, həmçinin digər alimlərimizin "Müstəqil Azərbaycan dövlətinin qüdrətli memarı”, "Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev: dövrü və dünyagörüşü”, "Azərbaycan Respublikasının neft strategiyası. "Əsrin müqaviləsi”, "Ümummilli Liderlik missiyası”, "Azərbaycanı dünya meridianlarına çıxaran dahi”, "Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil dövlətçilik fəlsəfəsi”, "Heydər Əliyevin milli təhlükəsizlik və ordu quruculuğu sahəsində fəaliyyəti”, "Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında rolu”, "Heydər Əliyev və Azərbaycanda gender siyasəti” mövzusunda məqalələr yer alıb.
"Azərbaycançılıq ideologiyasının banisi” adlı ikinci fəsildə "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, "Heydər Əliyev və Azərbaycanın dövlət dili siyasəti” və "Heydər Əliyev və Cənubi Azərbaycan” məqalələri verilib.
Üçüncü fəsil "Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçisi” adlanır. Bu fəslə "Heydər Əliyev və Azərbaycan elmi”, "Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” və "Heydər Əliyevin akademiklik seçkisi və akademiyanın dövlətçilik dərsləri”, "Heydər Əliyev və Azərbaycan tarixi”, "Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” adlı məqalələr daxil edilib.
"Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” adlı dördüncü fəsildə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, "Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövlət idarəçiliyi siyasətində milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası”, "Heydər Əliyev obrazı təsviri sənətdə” başlıqlı araşdırmalar yer alıb.
Beşinci fəsil "Xarici siyasətin Heydər Əliyev modeli” məsələsinə həsr edilib. Bu bölmədə "Heydər Əliyevin xarici siyasət kursu: Qələbə diplomatiyası”, "Heydər Əliyev və Şərq”, "Heydər Əliyev və Türk dünyası” adlı məqalələr toplanıb.
Monoqrafiyanın "Nəticə” hissəsini akademik İsa Həbibbəylinin "Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” məqaləsi əhatə edir.
Qeyd edək ki, monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti AMEA Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra müvafiq qərar əsasında hazırlanaraq nəşr edilib. Bu əsər Ulu Öndərin keşməkeşli və mənalı həyatı və mübarizə yoluna, Ulu Öndərin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmiş ilk fundamental monoqrafik tədqiqatdır.

2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

2024-07-21
02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

2025-05-27
17:23 QƏZƏLLƏR : O.D.ELMAN

2025-05-26
15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

2025-05-19
00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

2025-02-01
03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

2025-05-12
11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
