reklam
USD
16 ℃
EUR
BAKI

Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

RƏSMİ / 02.03.2025 11:28

Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.

"carciTV" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Əziz qonaqlar, xanımlar və cənablar.

Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə "Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir. Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi həqiqətən birgə işləyirik və bunu davam etdirəcəyik.

Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi hər zaman dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.

Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən Azərbaycanın müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.

Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim sıx qardaşlıq münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etmək istəyirik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.

Ümid edirəm ki, əziz qardaşım, Siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab Prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Qvineya-Bisau Respublikasının Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Umaru Sisoku Embalonun
bəyanatı

-Çox sağ olun, əziz qardaşım Prezident Əliyev.

Bu gün burada - Bakıda olmaqdan və münasibətlərimizə yenidən nəzər salmaqdan məmnunam. Çünki xatirimdədir ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri, əməkdaşlığı yeniləmək üçün buradayıq.

Əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq.

Cənab Prezident, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.

Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik.

Sağ olun cənab Prezident.

Prezident İlham Əliyev:Çox sağ olun.



Oxunub: 20






SON XƏBƏRLƏR

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim