reklam
USD
9 ℃
EUR
BAKI

MÜQƏDDƏS YOLUN YOLÇUSU (Esse)

NƏŞR / 05.03.2025 21:43

MÜQƏDDƏS YOLUN YOLÇUSU (Esse)



Saraylar, heykəllər uçub getsə də,
Yazı öz tarixin yaşayacaqdır.
Bizim ömrümüzün sonu bitsə də,
Mövla şəcərəsi yaşayacaqdır.

Miryusif MİRNƏSİROĞLU

Yaradıcıların təxəyyülünün məhsulu olan əsərləri insanlara həyatda yaxşı, mənalı yaşamağın yollarını göstərir və onların həyat yoluna işıq salırlar. Məgər söz, ədəbiyyat sənətinin dahiləri – Homer, Esxil, Sofokl, Evripid, Sokrat, Aristotel, Uilyam Şekspir, Jan Batist Molyer, Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aleksandr Puşkin, Lev Tolstoy, Fyodor Dostoyevski, Anton Pavloviç Çexov, Tyodor Drayzer, Viktor Hüqo, Cek London, Jül Vern, Mirzə Ələkbər Sabir, Gəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbbürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Nazim Hikmət, Redyart Kiplinq, Çingiz Aytmatov, Rəşad Nuri Güntəkin, Gi Di Mapassan, Ernest Hemenquey, Alber Kamyu, Robindranat Taqor, Səməd Vurğun, Qabriel Qarsio Markes və yüzlərcə belə dərin düşüncəli yazar insanların həyatında böyük rol oynamayıbmı? Bir yaradıcı insan olaraq bunları deməyi özümə borc bilirəm ki, bax belə dahilər Ulu Tanrının yerdə müqəddəs elçisidirlər. Böyük Yaradanın arzularını, istəklərini insanlara məhz belə dərin, fəlsəfi düşüncəli yaradıcılar çatdırırlar.
İnsanları böyük Yaradan xəlq edəndə, hər birinin daxilinə öz gücünə, ağlına uyğun da güc, qüvvət, ağıl, istedad verir. Bu ağıl, güc, qüvvət və istedadları ilə də insanlar bir-birlərindən seçilirlər. Ona görə də iradəli, ağıllı, güclü, mübariz, böyük səbrə malik olan insanlar da həyatda qalib olurlar. Onlar öz qürürları, alicənablıqları ilə öz sözlərini deməyi, öz əməllərini doğrultmağı bacarırlar. Həyat və böyük Yaradan da məhz çox vaxt güclüləri, məğrurları, mübarizləri sevir. Axı onlar milyonlarla insanları öz ardlarınca aparmağı bacarırlar.
MÜQƏDDƏS YOLUN YOLÇUSU (Esse) - FOTO

Yazımın bu böyük müqəddiməsindən sonra məhz belə bir ağıllı, istedadlı, güclü, yüksək təfəkkürə malik, mübariz bir yaradıcı insanı sizə təqdim etmək istəyirəm. Məhz onun çap olunan "Qatil", "Qürbət diyarda", "Dövlət və məhəbbət dəlisi", "Ataxanın xanlığı", "Dirilərkən ölmüşlər", "Süsən-sünbül", "Meşədə məhkəmə", "Tülkü tələsi", "İsgəndərin buynuzu", "Dördüncü təcavüz olmayacaq", "Müasir toy" pyeslərinin adlarını oxuyandan sonra bu qənaətə gəldim. O andaca beynimdən bu fikir keçdi: kaş sağlığında bu yazarla yaxından tanış olaydım.
Bu insan şair-dramaturq Miryusif Mirnəsiroğludur.
Miryusif Mirnəsiroğlu 1938-ci il mart ayının 5-də Sabirabad rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlib. Onun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olub. O, ibtidai sinfi Qarasuda, səkkizilliyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurub. Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını alıb. Teatr sənətinin tilsiminə düşmüş M. Mirnəsiroğlu poeziya aləmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Əmək fəaliyyətini Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, musiqi məktəbinin direktoru, pedaqoji məktəbin dil-ədəbiyyat müəllimi kimi davam etdirib.
Miryusif Mirnəsiroğlu çoxlu teatr tamaşasına səhnə həyatı verib, özü bir aktyor olaraq Vaqif ("Vaqif"), Aydın ("Aydın"), Bəhram ("Solğun çiçəklər"), Aqşin ("Oqtay Eloğlu"), Əmiraslan ağa ("Laçın yuvası"), Qatır Məmməd ("Dağlar oğlu"), Q. Qəmbəroviç ("Dövlət və məhəbbət dəlisi"), Hacı Murad ("Tamahkar"), İbrahimxəlil ("Kimyagər"), Zeynalabdin Şirvani ("Əlvida, Hindistan"), Fərhad ("Bəxtsiz cavan") və onlarla belə obraz yaradıb.
"Movlailər” poemasını oxuyandan sonra gördüm ki, onun qələmindən çıxan hər bir misranın, beytin çox dəyəri, qiyməti var. Uca Yaradan bu nurlu simalı insanı çox güclü ağıla, zehnə, böyük təxəyyülə malik yaradıb. Bu kitabındakı proloqunda da, qələmindən çıxan hər bir misrada da, hər bir qəzəlində də nəsihət, ağıl, düşüncə, mərd insana dərin sevgi, namərdlərə böyük nifrət, gücsüz insanlara mərhəmət və dünyaya dərin baxış əsas yer alıb.
Onu tanıyan bir neçə nəfərlə həmsöhbət oldum. Onların dediyinə görə, bu insanın dünyagörüşü, səbri, həyata baxışı, istedadı, mərhəməti, mərdliyi, hər insana təmənnasız kömək etməsi, xeyirxahlığı və həyat tərzi də ətrafında olanlara əsl örnəkdir. O özünün təxəyyülü, təşkilatçılığı, ağlı, istedadı, həyatsevərliyi və qətiyyətli mübarizliyi ilə insanları çox asanlıqla öz ardınca apara bilib. Belə xarakterdə yalnız güclü, döyüşkən insanlar ola bilirlər.
Yuxarıda adlarını sadaladığım və sadalamadığım dahiləri yaradan Uca Tanrı məhz şair-daramaturq Miryusif Mirnəsiroğlunu da özünün böyük sevgisi və istəyi ilə yaradıb. Əgər belə olmasaydı, onda onun "Movlailər” kitabını oxuyanları belə böyük riqqətə gətirməzdi. Çünki bu kitab artıq 24 ildir ki, çox insanın, ədəbiyyatsevərin stolüstü kitabıdır. Və kitabdakıları dönə-dönə oxuyub burada çap olunan şeirlərdən ustalıqla bəhrələnirlər. "Mövlailər” insanlara doğru yol göstərir və onları öz əqidələri, ideyaları yolunda mübarizliyə səsləyir. Mən bu qənaətdəyəm ki, kim maaarifləndirici, tərbiyəvi fikirləri özündə aşılamaq istəyirsə, bu kitabı mütləq oxumalı və şair-dramaturq M.Mirnəsiroğlu yaradıcılığını başa düşərək dərk etməlidir. Tam qətiyyətlə və səmimiyyətlə deyə bilərəm ki, o, dərya qədər dərin, dağlar qədər uca hisslərə, ağıla malik olan yaradıcı insanlardan biri olub. Miryusif müəllim həqiqətən də əsl ziyalı kimi millətin görən gözü, düşünən beyni və danışan dili olub.
İndi kitabı oxuyandan sonra əxz etdiklərim barədə bir az söz açmaq istəyirəm. Ulu xalqımız, böyük millətimiz üzünü həmişə əzəli və əbədi Allahın müqəddəs bəndələrinə, övliyalarına, vergili adamlarına sarı çevirib, onlara pənah aparıb, onlara inanıb, səcdə eləyib, arzu və niyyətlərinin, istək və məqsədlərinin həyata keçməsi üçün nəzir deyib, qurban kəsiblər...
MÜQƏDDƏS YOLUN YOLÇUSU (Esse) - FOTO

Ulu xalqımız, böyük millətimiz minillərdən üzü bəri bir an da olsa, ümidsiz, inamsız yaşamayıb, göydə Allaha, yerdə özlərinə güvəniblər. Allah xofundan çəkinərək haqq yoluyla gedib, bir qarışqanı belə incitməkdən çəkinib, dil ayrı, din ayrı, rəngi qara, sarı olanlara dost gözüylə baxıb, hamının bir Allahı olduğuna inandırıb və hamının bir səma altında yaşadığını anlayıb zorakılıqdan, pislikdən, naqilikdən, düşmənçilikdən çəkiniblər... Ürəklərində Allah eşqi, dillərində Allah klməsi yaşaya-yaşaya başqalarını da yaşadıblar.
Ulu xalqımızın, böyük millətimizin vətənimiz hesab etdiyi Azərbaycanda məhəbbətlə, fəxrlə söhbət açdığı bir diyar var – mirvarilər mirvarisi, böyük hökmdar Cavanşirin yurdu İsmayıllıdır. Dahilər yurdu, müqəddəs ziyarətgahlar yurdu olan İsmayıllı camaatı bineyi-qədimdən özünün zəhmətkeşliyi, fədakarlığı, işgüzarlığı, elmi, qədim tarixi ilə nəhəng hökmdarların diqqətini xüsusi çəkib, istədiklərini həyata keçirmək istəsələr də, İsmayıllının mətin, qürurlu, əzmkar və yurda sadiq əhalisi onların arzularını ürəyində qoyub. Həmin bu müqəddəs yerlərin, ziyarətgahların, sınanılmış seyidlərin sirri-sehri, gücü-qüvvəsi, möcüzələri, İsmayıllı igidlərinin damarlarında axan qeyrət qanı ilə... – bu gözəl yurdun, bu gözəl məkanın yadellilər tərəfindən yağmalanmasına, tapdanmasına imkan verilməyib. Bu, bir şanlı tarixdir!
Bu ulu yurdun Baba dağı deyilən uca zirvəsinin ətəyində də qədim bir məkan var. Onun da adına Lahıc deyirlər. Bu səfalı məkanda vaxtilə dünyaya göz açmış bir nəsil olub.

Bu karvanın önündə,
Sanki bir imam gedir.
Nəhayət, dərk etdim ki,
Qarşıda Mövlam gedir.

- Kimdir, nəçidir Mövla?
- Adidən adi İnsan.
Onun şəcərəsindən,
Yaranacaq bu dastan.

Onun keçdiyi yoldan,
Söhbət açacağam mən.
Bir nəslin üzərinə,
İşıq saçacağam mən.

Peyğəmbərin dövründən,
Başlamış Mövla nəsli.
Tarix özü yaşatmış,
Bu nuri-əla əsli.

Qoy mənim yazdıqlarım,
Dillərdə dastan olsun.
Mövlamilər nəslinə,
Böyük ərməğan olsun.

"Mövlailər” kitabının müəllifi Miryusif Mirnəsiroğlunun vəsf etdiyi Hacı Əziz Mövlamov da bu yurdun sadəliyi, təvazökarlığı ilə təkcə məndə yox, onu tanıyanlarda heyrət doğuran, pak əxlaq sahibi, parlaq zəkası, tükənməz səbri, Allaha sonsuz etiqadı, inamı ilə tanınan, sevilən Vətən oğludur. Əziz müəllimi mənə tanıdan təkcə şəxsi keyfiyyətləri, xarakterik xüsusiyyətləri yox, sadaladığım keyfiyyətlərin kitabın hər misrasına hopduğu istilik, hərarət, səmimiyyət, ülvi hisslər oldu.
Özümün bəyəndiyim xasuyyətim çoxdur. Əsas xasiyyətim budur ki, heç vaxt istəməmişəm mənə tapşırılan işi keyfiyyətsiz, tələsik təhvil verim. Ötən ilin bu vədələrində uşaqlıq dostum Hacı İlqar Hüseynzadə Novruz bayramı ərəfəsində Basqala, analar anası Pərvizə xalaya baş çəkməyə getmişdi. Telefon söhbətimiz zamanı bildirdi ki, Hacı Əziz Mövlamovla görüşüb, xeyli söhbət edib, mənə də özünün xüsusi hədiyyəsini göndərib. Maraqlandıqda söylədi ki, gətirəndə görərsən. Mən də həmin günü səbirsizliklə gözlədim. Bir həftə sonra dostum kənddən qayıdarkən Basqalın məşhur "Səməni” halvasından almasını xahiş elədim. "Şamaxinka” deyilən ərazidə görüşdük. Səliqə ilə qutuya yığılmış halvanın üstündə bir kitab gözlərimə sataşdı. Diqqətlə baxdığımı görən Hacı İlqar bildirdi ki. Əziz müəllimin hədiyyəsidir. Sağollaşıb evə gəldim. Kitabı birnəfəsə oxumağa başladım. Bu kitabdan aldığım xoş təəssüratları ədəbiyyatı sevən hər kəslə bölüşmək istəyirdim. Amma bəlli səbəblər imkan vermirdi ki, kitab haqqında fikirlərimi ağ vərəğə, oradan da kompüterin yaddaşına köçürüm. Nəhayət, özümü danlamağa başladım ki, niyə, hansı səbəbdən rəyi gecikdirirəm. Odur ki, Allah verən ömrü yaşayıb başa vurmamış, dəniz dalğaları qədər sonsuz ilhamım tükənməmiş, ölüm mələyi üzümə gülməmiş, bu dünya mənə kəfən geyindirməmiş (ötən bir ildə nə qədər dəyərli dostumu itirdim), Allahın mənə hədiyyə etdiyi qələm əlimdən düşməmiş ... Mövlailər nəslinin ləyaqətli, namuslu, vicdanlı təmcilçisi Hacı Əziz Mövlamovun timsalında yazılmış bu kitab haqqında bildiklərimi, yaddaşımda saxladıqlarımı bu günün və gələcəyin oxucularına çatdırım. Əslində xeyli dua edirdim ki, Allahımız mənə bu missiyanı uğurla başa çatdırmağa möhlət versin. Elə bu arzuyla da sözün və məsləkin işığında yaşadığımı bir daha bəyan elədim, sözün müridinə döndüm, sözün üstündə qadir Allahın xeyir-duasını eşitdim, elə Onun xeyir-duasıyla da əlimdə qələm ürəyimdən keçənləri yazmalı oldum.
Kitabı oxuyarkən hiss edirdim ki, Əziz müəllimdən, onun dünyaya göz açdığı Lahıcdan, sonralar isə köçüb yaşadıqları digər qədim yaşayış məskəni olan Basqaldan söz açmaq üçün mənə bir ömür bəs eləməz. Odur ki, həmin yazdıqlarımı indi kompüter arxasında oturub sətirbəsətir onun yaddaşına köçürürəm. Hədəfi ölüm olan bu dünyaya bel bağlamadığım üçün tələsməliyəm də...
Kitabın dili olduqca sadədir, oxunaqlıdır. Məni daha çox cəlb edən də bu oldu. Heca, vəzn yerli-yataqlıdır, bir-birini tamamlayır.
Kitabı tam oxuyandan sonra düşündüm, nə yaxşı ki, həyatda Miryusif kimi böyük yaradıcı, saf fikirli, insanlara böyük istəyi olan və təmənnasız kömək etmək üçün əlini uzadan, bacardığı qədər köməklik edən bir şəxsiyyət olub. Belə insanlar olmasaydılar, yəqin ki, həyat da mənasız və puç olardı. Axı alicənab insanlar heç nəyə fikir vermədən ucalığa can atırlar. Ulu Peyğəmbərimiz Məhəmməd əleyhisalamın sözləridir: "Məhəbbət, sevgi Allaha doğru yolun ifadəsidir. İnsanları özünü sevdiyin kimi sev”. M.Mirnəsiroğlu da insanlara belə təmənnasız məhəbbət, sevgi bəsləməklə Allaha doğru bir müqəddəs yol gedib. Dahi dramaturq Sokratın da müdrikyana söylədiyi bir fikri yada salmamaq olmur: "Xeyirxahlıq xoşbəxtlikdir”. Deməli, M.Mirnəsiroğlu da insanlara təmənnasız xeyirxahlıq etməklə, onların hər işinə yaramaqla uzun illər xoşbəxtlik dövrünü yaşayıb.
Mən bu gün özümü xoşbəxt yaradıcı insan hesab edirəm. Ona görə ki, adi peşədən Azərbaycanın müxtəlif rayonlarında polis rəisi işləmiş, sonra isə DİN-in idarə rəisliyinədək yüksəlmiş polkovnik Hacı Əziz Mövlamovu tanıyıram. Onunla xoş, səmimi münasibətim var, yaxın dostam və eyni dövrdə yaşayıram, onu polis məmuru, dövlət adamı kimi yox, olduqca sadə, mülayim, təvazökar, mərhəmətli, xeyirxah, alicənab insan, hədsiz dərəcədə savadlı, mükəmməl ədəbiyyatşünas, poeziyasevər ziyalı kimi tanımışam. Onunla maraqlı diskussiyalarımız olur. Hər bir fikri məni daha böyük həvəslə yaradıcılığa ruhlandırır və həvəsləndirir. Əziz müəllimin həyat təcrübəsi böyükdür, savadı, elmi potensialı zəngindir. Bu dəyərli insandan zaman-zaman çoxlu məsləhət alıram. Bu gün də hansı bir işdə çətinliyim olanda onunla məsləhətləşirəm. Hacı Əziz də özünün müdrik düşüncəsi, yüksək səbri ilə mənə çox ağıllı tövsiyələr verir.

Yola düşən zəvvarların,
Önündəcə gedir Əziz.
Müqəddəslər qarşısında,
Ruhu bakir, güldən təmiz.

Ulusunun ulu yolun,
Davam etdi Kəblə Əziz.
Pay-piyada Kəbləyə tək,
Həccə getdi Kəblə Əziz.

Allahına sadiq qul tək,
Şöhrətləndi Hacı Əziz.
Qaya çapdı, mis əritdi,
Dövlətləndi Hacı Əziz.

Misgər Xəlil Mövlaidən üzü bu yana Lahıcda məskən salıb yaşamış sadə, təvazökar və tədbirli Mövlam, Həbibulla, Seyfulla, Mirzə, Nəsrulla kimi ləyaqətli nəslin davamçısı olan Hacı Əziz Mövlamovun da elinə, obasına, xalqına yaradığını, əsl zəhmət adamı olduğunu Miryusif müəllim görün necə nəzmə çəkib:

Mövlam, Həbibulla, Seyfulla, Mirzə,
Nəsrulla yaşatdı nəslin adını.
Qızın Əliyəyə anam deyərdin,
Kim sevməz yeganə qız övladını?!

İndi məzarının önündəyəm mən,
Xəyala dalmısan nəzərlərimdə.
Ey Mövla nəslinin zəhmət adamı,
Min rəhmət dilərəm qəbrin önündə.

Ürəyimdən keçənləri də, kitabdan oxuduqlarımı da, kənddə yaşlı insanların dediklərini də, özümün gördüklərimi də (Kitabda rəhmətlik Mövlam əminin, qardaşı Xankəndidə yaşamış Seyfulla əminin adlarına rast gələndə uşaqlıq dünyamın şirin xatirələri yada düşdü, bir daha minnətdarlıq hissi ilə çözələndi), bilgilərimi də, duyğularımı da, eşitdiklərimi də ... Allahsevərlərə çatdırmaq üçün qələmimdən və bu kitabdan ayrılmadım. Nəhayət, Miryusif Mirnəsiroğlunun yazdığı bu kitabla da könül dünyamın pəncərələrini Allahsevərlərin, dilindən Allah kəlməsi əskik olmayan Mövlailərin, bu nəslin dəyanətli, ləyaqətli övladı Əzizsevərlərin üzünə taybatay açmalı oldum.
Tarix üçün ömür bir andı, yazılanlar isə əbədidir. Yazılanlar yazanın ömrünün davamıdır. Yazanlar yazdıqları kitablarda yaşayacaqlar. Hesab edir və böyük ümidlə gözləyirəm ki, Mövlailər nəslinin xoşməramlı missiyalarını Hacı Əzizin övladları, nəvələri davam etdirəcəklər.

İnanıram, Xuraman tək,
bir ömür-gün yarı olan,
Öz ömrünü, həyatını
bir gülüstan edəcəkdir.

Hüquqşünas, iqtisadçı
Zaur balan, Elnur balan,
Babasının, atasının
haqq yolunu gedəcəkdir.

Və yaxud:
İlk nəvən Mövladu-baba ürəyi,
Gələcək dünyanın balasıdır o.
Qız nəvən Fatimə bir gül ləçəyi,
Həzrət Fatimənin sədasıdır o.

Saraylar, heykəllər uçub getsə də,
Yazı öz tarixin yaşayacaqdır.
Bizim ömrümüzün sonu bitsə də,
Mövla şəcərəsi yaşayacaqdır.

Bu dünyada heç nə əbədi deyil. Var da, dövlət də, qızıl da... bu dünyda qalacaq. Bu dünyada bir də təmiz ad və yaxşılıq qalacaq. Və şükürlər olsun ki, mən dünyada var-dövlət sahibi olmadım, söz sahibi oldum.

Və sonda ey Allahsevərlər!
İnanıram ki, sözlərindən İslam dininə, islam elminə, haqqa, ədalətə, saflığa, halallığa yaxınlıq qoxusu gələn "Mövlailər” kitabı ürəyinizcə olacaq və mən də bu kitabdan aldığım xoş təəssüratlarla yaşadığım publisist, yazıçı, jurnalist ömrümə bir daha imza ata biləcəyəm. Və bu yazı ömrümün 60-cı baharını yaşadığım bu günlərdə ən böyük savab işim olacaq. Elə bu savab işlə də öyünməyə dəyər!

Basqallı dostun
Daşdəmir ƏJDƏROĞLU


Oxunub: 36






SON XƏBƏRLƏR

2025-03-02

21:43 MÜQƏDDƏS YOLUN YOLÇUSU (Esse)

Product image

21:16 Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Product image

21:12 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Product image

21:05 Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər

Product image

12:10 ŞEYTAN ÇARXI

Product image

11:46 Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan

Product image

11:37 AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Product image

11:33 Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Product image

11:28 Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

Product image

11:23 Hikmət Hacıyev 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib

Product image

2025-02-26

19:34 Supermilyarderlərin reytinqi açıqlandı - Birinci odur

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim