reklam
USD
7 ℃
EUR
BAKI

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq TəşkilatınınBaş katibini qəbul edib

RƏSMİ / 13.03.2025 17:15

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq TəşkilatınınBaş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.

"carciTV" xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin Zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.

Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.

Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.

Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



Oxunub: 111






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim