reklam
USD
16 ℃
EUR
BAKI

Biznesmenlərin ayın sonu özünə verməli olduğu "maliyyə" sualları

NƏŞR / 15.03.2025 01:42

Biznesmenlərin ayın sonu özünə verməli olduğu "maliyyə" sualları

İş qurmaq üçün çox şey lazımdır: fikir, risk, enerji və bir az da riskli cəsarət. Bir çox sahibkar bu yola hisslərlə çıxır – inanır, çalışır, ayağa qalxır və yoluna davam edir.

Doğru olan da budur! Çünki bir işi hiss etmədən, ona ruhunu qatmadan uğur qazanmaq çətindir.

Amma bir vacib məqam var ki, orada yalnız hisslər yetərli olmur. Getdiyin yol bir az daha dolaşıq olur, xərclər artır, risklər dəyişir, komanda böyüyür. Və bu yerdə artıq qərarlar daha çox ölçülə bilən,edilə bilən olmalıdır.

Burada maliyyə səhnəyə çıxır – qorxutmaq üçün yox, dəstək olmaq üçün.

Maliyyə hesabatları sənə "burda səhv etmisən” demək üçün yox, "bura baxsan, daha aydın görərsən” demək üçün var.

Bəzən düşünürük ki, rəqəmlər bizdən uzaqdır. Amma əslində onlar bizim dilimizi danışa bilər, sadəcə bir az diqqət, bir az sistem və bir az da maraq kifayətdir.

Maliyyə sənə hökm vermir. Əksinə, sənə sakitcə deyir:

"Mən burdayam. İstəyirsənsə, sənə nəyin necə olduğunu göstərə bilərəm”.

Əziz sahibkar, sən bu işi hisslərinlə, instinktlə qurmusansa, bu, böyük üstünlükdür. Sadəcə bu instinkti daha rahat, daha dəqiq və daha dayanıqlı etmək üçün bir az da rəqəmlərlə dostlaşmaq kifayətdir.

Çünki:

Hisslərlə qurulmuş bir iş + Maliyyə ilə dəstəklənmiş qərarlar = Daha inamlı gələcək

Rəqəmlərlə aranı düzəltmək üçün maliyyəçi olmağa ehtiyac yoxdur. Sadəcə hər ayın sonunda bir neçə suala cavab axtar:

· Böyümə, yoxsa effektivlik? Gəlir artır, amma mənfəət marjası azalırsa, xərcləri yenidən nəzərdən keçirmək vaxtıdır.

·Xərclər harada artır? Əməliyyat xərclərinin detallı təhlili, artıq xərcləri azaltmaq üçün imkanlar yaradır.

·Qarşıda hansı imkanlar və risklər var? Hansı məhsul, xidmət və ya bazar daha gəlirlidir?

Gələcək investisiyaları formalaşdırmaq üçün mövcud məlumatlardan istifadə edin.
Maliyyə göstəriciləri təkcə mühasibatlığın deyil, liderlərin qərarvermə prosesinin əsas hissəsi olmalıdır.

Bu suallara verilən cavablar səni nəzarətdə saxlamır, əksinə, özünü daha güvəndə hiss etməyə imkan yaradır.

Maliyyə sənə qərar verməyi əmr etmir. Sadəcə qərarlarını daha aydın görmək üçün səninlə işləyir. O, nə qılıncdır, nə hökm – sadəcə kompasdır.

Əgər bu gün rəqəmlər sənə uzaq, yorucu və ya qorxulu gəlirsə, bu, çox normaldır. Sadəcə unutma, rəqəmlər sənə yox, sən onlara rəhbərlik etməlisən.

Şirkətlərdə maliyyə müdiri, CEO və sahibkar üçbucağı çox zaman sistemli deyil, şəxsi münasibətlər üzərindən işləyir. Kağız üzərində hər şey aydındır: CEO qərar verir, CFO hesabat verir, sahibkar isə strateji istiqamətə nəzarət edir. Amma reallıqda bu rollar tez-tez qarışır – bəzən isə birindən heç istifadə olunmur.

Maliyyə müdirlərinin otağı dalanda olur.. O sahibkarın pulunu qoruyur, hətta bəzən pulu öz sahibindən də qoruyacağını düşünür. Bu qoruma işinə o qədər aludə olur ki, rəhbərin bir çox qərarı dalana dirənir.

Şirkətlərdə CFO-nun "hegemon” fiqura çevrilməsi çox vaxt onun gücündən yox, sistemin zəifliyindən qaynaqlanır.

Sistemdə liderlik boşluğu varsa, onu ya maliyyə doldurur, ya da xaos.

Maliyyə rəhbəri sadəcə "peşəkar” yox, komandaya və şirkətin mərhələsinə (sabit işləyir-sistem qurulub; genişlənmə və dəyişiklik dövründədir; yeni qurulur və ya böyüməyə hazırlaşır) uyğun tərəfdaş olmasını istəyiriksə, maliyyə əlifbasını öyrənməli, maliyyə dilini başa düşməliyik.

Kiçik komandada texniki və operativ bilik ön plandadır. Əgər struktur böyükdürsə və insanlar çoxdursa – liderlik və koordinasiya bacarığı ön plana keçir. ERP sistemləri əsasdırsa – proses və texniki sistem biliyi vacibdir. Sabitlik dövründə əməliyyat və nəzarət önəmlidir. Əgər şirkət dəyişikliklər astanasındadırsa – o zaman sizə quran, düşünən, strateji tərəfdaş olan maliyyə müdiri lazımdır.

Rahib Kərimbəyli



Oxunub: 107






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim