reklam
USD
5 ℃
EUR
BAKI

“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT

REPORTAJ / 15.03.2025 14:24

"Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT


Cəlilabad rayon sakini Məmmədov Tofiq Tehac oğlu və Biləsuvar rayon sakini Quliyev Əhmədağa Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, keçmiş adı "Avanqard MMC”, indiki adı "Avanqard MMC Günəşli Aqropark” olan şirkət onların pulunu mənimsəyib:

"Biz "Avanqard MMC” şirkətindən pulumuzu ala bilmirik. Bu şirkət illərdir bizim kimi, bir çoxlarının da haqqını mənimsəyib. Sonradan şirkətin adını və işçilərini də dəyişdilər. İndi həmin şirkətə gedəndə "bizim sizə borcumuz yoxdur, gedin bizdən əvvəlki rəhbərliklə söhbətinizi edin", - deyirlər.

Hazırda 10-15 nəfər adam bunlardan pullarını ala bilmir. Mən, Quliyev Əhmədağa Həsən oğluna şirkətin 2616 manat borcu qalıb. 2014-cu ildən həmin şirkətdə işləmişəm. Maaşım 1200 manat olub.

Mən, Məmmədov Tofiq Tehac oğlu, 15 il həmin şirkətdə gözətçi işləmişəm. İşdən çıxandan sonra oğlum Məmmədov Elməddin Tofiq oğlunu öz yerimə işə düzəltmişəm. Mən işlədiyim müddətdə şirkətin mənə borcu qalmayıb. Amma oğlumun 600 manat pulunu mənimsəyiblər. Dəfələrlə müraciət etmişik, lakin məsuliyyəti boyunlarından atırlar.

Biz sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik göstəriş verin, şirkət bizlərin pulunu ödəsin. Şirkət adının dəyişibsə, bu o deməkdir ki, bizim pullarımızı mənimsəməlidir?!”
Məsələ ilə bağlı "Avanqard MMC Günəşli Aqropark” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI


Oxunub: 109






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim