Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib
REPORTAJ / 19.03.2025 17:23
Prezident İlham Əliyev Sahibə Qafarovaya "Şərəf” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona "Şərəf” ordenini təqdim edib.
"carciTV" xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz "Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev "Şərəf” ordenini Sahibə Qafarovaya təqdim etdi.
Sahibə Qafarova:Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev:Təbrik edirəm.
Sahibə Qafarovadedi:
-Çox sağ olun, çox minnətdaram. Möhtərəm cənab Prezident, icazə versəniz, mən bir neçə söz deyərdim.
Möhtərəm cənab Prezident, bu yüksək təltifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istərdim. Onu da qeyd etmək istərdim ki, mən bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirirəm. Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə, Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram. Mən ömür boyu işləmişəm ki, cəmiyyətimizə həmişə hansısa bir xeyir gəlsin. Mən əminliklə demək istəyirəm ki, bundan sonra da işlədiyim zaman Milli Məclisin sədri kimi, bir insan kimi, Azərbaycan vətəndaşı kimi həmişə əlimdən gələni edəcəyəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən Sizə çox minnətdaram.
Prezident İlham Əliyev:Sağ olun, təşəkkür edirəm.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
