reklam
USD
26 ℃
EUR
BAKI

İspaniyada günlük həyat xərcləri - Bu ölkədə yaşamaq asandır?

MARAQLI / 19.03.2025 21:09

İspaniyada günlük həyat xərcləri - Bu ölkədə yaşamaq asandır?


Sabina Mustafayeva
Marketoloq, İspaniyaya relokasiya üzrə məsləhətçi

İspaniya turistlər üçün füsunkar ölkədir, amma burada yaşamaq, bu ölkəni yalnız səfərlərdə görməkdən tamamilə fərqli təcrübədir. Əgər İspaniyada həyatın necə olduğunu, nə qədər xərc tələb etdiyini və gündəlik rejimin nələrdən ibarət olduğunu bilmək istəyirsinizsə, bu ölkədə yaşayan, araşdıran və öyrənən biri olaraq real mənzərəni təqdim edirəm.

Mənzil və yaşayış xərcləri barədə danışaq.

İspaniyada yaşamaq istəyənlərin ilk düşündüyü məsələlərdən biri mənzil kirayələmək və ya almaqdır. Onu deyim ki, şəhərlər arasında qiymətlər ciddi fərqlənir. Madrid və Barselona kimi böyük şəhərlərdə kirayə qiymətləri 800-1500 avro arasında dəyişir. Əgər şəhərin mərkəzində yaşamaq istəyirsinizsə, bu rəqəm daha da yüksələ bilər. Valensiya, Sevilla və Malaga kimi şəhərlərdə isə daha münasib qiymətlər tapmaq mümkündür, bu zaman qiymətlər 600-1000 avro arası dəyişir.

Kiçik şəhərlərdə və kəndlərdə isə bu qiymətlər 400 avroya qədər düşə bilər. Bunun üzərinə elektrik, su, qaz, internet və digər xərcləri də əlavə etsək, ümumi yaşayış xərci ayda minimum 1000-1200 avrodan başlayır və həyat tərzinizə görə dəyişir.

Qida və ərzaq qiymətləri maraqlıdır.

İspaniyada marketlərdə ərzaq qiymətləri ümumilikdə qənaətcildir. Əgər özünüz yemək bişirsəniz, həftəlik bazarlıq üçün 30-100 avro kifayət edir. Lidl, Mercadona və Aldi kimi marketlər daha ucuz variantlar təklif edir. El Corte Inglés və Carrefour isə nisbətən bahalıdır.

Çöldə yemək isə vərdişlərinizdən asılıdır. Orta statistik ispan günün ortasında "menú del día" adlanan biznes-lanç sifariş edir ki, bu, 10-15 avroya birinci və ikinci yeməyi, içkini və deserti əhatə edir. «Fast-food» restoranları 7-10 avroya seçimlər təqdim edir, daha yüksək səviyyəli restoranlarda isə bir yeməyə 25-50 avro arası xərc tələb olunur.

Nəqliyyat sistemi və hərəkətin rahatlığı

İspaniyada nəqliyyat rahat və yaxşı təşkil olunub. Böyük şəhərlərdə aylıq metro və avtobus biletləri burada yaşayanlar üçün münasibdir. Məsələn, 3 aylıq limitsiz istifadə üçün 40-60 avro arasında qiymətləri və şərtləri ilə fərqlənən ictimai nəqliyyat kartları əldə etmək mümkündür. Kiçik şəhərlərdə isə 3 ay, 30-40 avroya rahat, limitsiz hərəkət etmək mümkündür. Turistlər üçün böyük şəhərlərdə nəqliyyat vasitəsi qiymətləri yüksəkdir.

Əksər şəhərlərdə velosiped istifadəsi yayğındır və aylıq 10-20 avro ödəyərək icarəyə götürmək mümkündür. Maşın saxlamaq və idarə etmək isə daha bahalıdır. Park yerləri çətindir və yanacaq xərcləri yüksəkdir.

Sosial həyat və əyləncə

İspaniyada sosial həyat çox aktivdir. Həftəsonları insanlar dostları ilə bir araya gəlib tapas yeyir, küçələrdə konsertlərə baxır, muzeylərə gedir. Bir çox muzeylər bazar günləri pulsuzdur, bu da büdcəyə qənaət etməyə imkan yaradır.

Çimərliklər və açıq hava tədbirləri pulsuzdur, bu da sosial həyatın bir hissəsinə çevrilib. Əyləncə üçün ayda 100-300 avro arasında xərc çıxır, lakin bu, şəxsi seçimlərdən çox asılıdır.

Sağlamlıq və tibbi xidmətlər

İspaniyada ictimai səhiyyə sistemi mövcuddur, ümumiyyətlə, bura sağlamlıqla bağlı problemlərinizi həll edəcək ölkədir. Ödənişsiz dövlət sığortası ilə (Tarjeta Sanitaria Individual) səhiyyə xidmətlərindən pulsuz yararlanmaq mümkündür. Özəl sığorta qiymətləri isə aylıq 40-100 avro arasında dəyişir və yaş, xidmət səviyyəsi kimi faktorlar nəzərə alınır.

Əczaxanalarda dərman almaq mümkündür, amma bəzi dərmanlar reseptsiz satılmır. Əgər həkimə getmək lazım olarsa, özəl klinikalarda bir çox ölkədə olduğu kimi daha sürətli xidmət ala bilərsiniz.

İspaniyada yaşamaq asandırmı?

Bu, sizin gözləntilərinizdən və həyat tərzinizdən asılıdır. İspaniyada yaşamaq günəşli havalar, sosial həyat və sakit axan günlər deməkdir. Amma eyni zamanda, sənədləşmə işləri, yerli sistemə uyğunlaşmaq və dil baryeri kimi çətinliklər də mövcuddur. Əgər yaxın gələcəkdə İspaniyaya köçmək istəyirsinizsə, sizə bol-bol araşdırmağı və professional dəstək almağınızı məsləhət görürəm.

Əsas məsələ budur, İspaniya ona tərəf gələbə qapılarını açır, amma burada yaşamaq üçün ona uyğunlaşmağa hazır olmalısan. Bunu bacaran insana, İspaniya yalnız bir qərib ölkə deyil, ev ola bilər.



Oxunub: 66






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim