reklam
USD
13 ℃
EUR
BAKI

Armud ağacı. Natavan YUSİFOVA

MARAQLI / 10.04.2025 15:32

Armud ağacı 


Kök atdığı torpaq ona doğma nağıl söylədi, 
Yadındamı, bir zamanlar bapbalaca fidandın. 
Qayğı çəkən, qulluq edən baba onda sağ idi. 
İllər keçdi sən böyüdün, qarış-qarış uzandın. 

Çiçək açıb bar gətirdin, 
Armudlarla bəzəndin. 
Şirin, dadlı meyvələrin 
Hər yeyənə nuş idi. 
Səni becərən babaya 
Bu görüntü xoş idi. 
Dəstə-dəstə uşaqlar 
Ev yiyəsin səslərdi. 
Qapı açılan zaman 
Armud payı istərdi. 
Bir ağac armud ilə 
Doydurardın bir kəndi. 
Hər kəs xoş sözlər ilə 
Min yol sağ ol deyərdi. 
Yayda isti günlərdə 
Nənə samovar odlar. 
Süfrə açar kölgəndə 
Qonaqlara çay qoyar, 
Armuddan hazırlanan 
Mürəbbəylə ,irçalla 
Armudu stəkandan 
Çay içib nuşicanla, 
Şirin-şirin danışıb, 
Gülərdilər doyunca. 
Gedəndə sağollaşıb, 
Əl edər yol boyunca. 
"Yenə gəlin" söylərdi: 
Nənə, baba onlara. 
O zamanlar hamının 
Taxta qapısı vardı. 
Kirəmitli damının 
Uzun eyvanı vardı. 
Eyvan boyu nənələr 
Oturub yun didərdi. 
Babaların öyüdü 
Bir mahala dərs idi. 
Həyətdəki nəvələr 
Böyük-kiçik bilərdi. 
O nəvələr böyüdü, 
Dünya tərsə yeridi... 
Sən, ay meyvəsi dadlı, 
Kölgəsi dinclik verən, 
Neçə doğmalı, yadlı, 
Qonaqları yedirən, 
Dostum, armud ağacı! 
Zamanın sürət anı, 
Dünyanın dəyirmanı, 
Adamların yamanı, 
Qəsdən, armud ağacı, 
Yara vursa qəlbinə, 
Heç qəm etmə özünə, 
Kökün mənə bağlıdır. 
İllər, fəsillər keçər, 
Neçə ağaclar itər, 
Neçə ağaclar bitər. 
Doğma torpağın varsa, 
Orada kök sararsan, 
Torpaq - vətən qalarsa, 
Vətən - və tən azadsa, 
Kökün tənə bağlıdır! 
Bu vətənə bağlıdır!!!

Natavan YUSİFOVA, 

Qəbələ rayon MKS-in Xırxatala kənd kitabxana müdiri



Oxunub: 713






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim