reklam
USD
13 ℃
EUR
BAKI

MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

NƏŞR / 03.11.2025 00:44
MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

    İnkişaf etmiş hər bir ölkədə cəmiyyət üzvlərinin fəal həyat mövqeyinə qoşulmasına xüsusi əhəmiyyət verilir. Bunun üçün cəmiyyət üzvlərinin hər birinin intellektual imkanı, geniş dünyagörüşü olmalidır. Ona görə də insanın hərtərəfli və harmonik inkişafı bəşəriyyətin həll etmək istədiyi vacib problemlərdən biridir.İnsanın hərtərəfli inkişafı təbiətin və cəmiyyətin inkişaf qanunlarını,eləcə də insanın mənəvi dünyasını, ümumi əxlaq normalarını araşdırıb dərk etmək tələbatı, öyrənmək, mütaliəyəyə müraciət etmək zərurəti yaradır. 

    Məlumdur ki, təhsil müvəqqəti xarakter daşıya bilməz. İnsan yaşdan yaşa keçdikcə onun ətraf aləmə, təbiətin və cəmiyyətin müxtəlif hadisələrinə, eləcə də onların müxtəlif qanunlarını mənimsəməyə meyli davam edir. Bu sahədə məlumatlar qazandıqca onda yeni-yeni məlumatlar əldə etmək istəyi yaranır. Ona görə də mütaliə etmək işi də müntəzəm davam edir. Bununla da insanlarda fasiləsiz təhsil ehtiyacı anlayışı yaranır. 

    Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi baradə deyirdi: "Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar". Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azarbaycan Respublikası Təhsil Nazirinin əmri əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcədə dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir. 

  Şəxsiyyət olaraq insanin formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik,həssas ve obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. 

     Qloballaşmanın qarşısıalınmaz prosese çevrildiyi hazırkı dövrdə milli dəyərlərin , xalqımızın mənəvi simasını əks etdirən mədəniyyət və adət-ənənələrin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir. Hazırkı vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanaları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır.      

    Bununla belə aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləməməsi üçün şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək dövrün ən aktual problemlərindən biridir. Kitabxanalar öz oxucularıyla apardıqları iş prosesində bir sıra lazımi sosial funksiyaları(vəzifələri)yerinə yetirirlər. 

    Kitabxanalar bu funksiyaları əhalinin mütaliəsinin təşkili vasitəsilə həyata keçirirlər. Bunlar əsasən:a) təşkilati funksiya, b) qiymətləndirmə və istiqamətləndirmə funksiyası,v) kompleks xarakter daşıyan təlim, təhsil va terbiyə funksiyalaridır. Mütaliənin tədris, təhsil ve tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qirilmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmiş biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradıimasi (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. 

    Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyətini gücləndirən başlica amillərdəndir. O, malumat-axtarış və idraki fəaliyyət növü kimi insanın inkişafinda, tahsilində və tərbiyəsində xüsusi yer tutur. Indi mütaliə deyəndə həm nəşr olunmuş kağız kitabların,həm də elektron resursların oxunması nəzərdə tutulur. Elektron vasitələr mütaliə üçün daha geniş imkanlar açmiş, əlverişli şərait yaratmışdır. Lakin o da daniimaz faktdır ki,insan təfəkkürünü qidalandırmaq, istənilən anlayışı bütün təfsilatı ilə dərk etməyə kömək göstərmək baxımından heç bir köməkçi vasitə nəşr olunmuş kitabi əvəz edə bilmir. Təkcə görüntüdən informasiya almaq yetərli olmur. 

Tədqiqatlar göstərir ki,kağız kitab oxumamaq nitq pozuntusuna, özünüifadə edə bilməmək və s.kimi fəsadlara gətirib çıxarır. Mütaliənin təşkili və ona rəhbərlik çoxaspektli, mürəkkəb kompleks problemləri ehtiva edir. "Uşaq təfəkkürü hələ tam formalaşmadiğından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazimdır ki, uşağın mütaliəsi onun hayatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadiğından daha böyük rol oynayır.

   Ona görə də uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırilması ,onlarda mütaliəyə maraq yaratmaq,kitab seçməkdə kömək etmək, seçilən kitabin oxunmasına həvəs yaratmaq və kitabin səmərəli mütaliəsi üçün istiqamət vermək önəmli məsələlərdəndir. Mütaliəyə uşaqlıqdan həvəs və maraq yaradılmalıdır. Hər uşaqda hələ kiçik yaşlarından mütaliəyəyə həvəs və maraq yaradılarsa ,bu, onu omrü boyu müşayiət edəcəkdir. Maraqlar mütaliə fəaliyyatinin motivləşməsinin mühüm cəhətlərindəndi. Şagirdləri kitab oxumağa təşviq etmək üçün mütaliənin səbəb və məqsədləri də ciddi şəkildə nəzərə alınmalidır. 

  Həyat təcrübəsi qazanmaq və özünü təkmilləşdirmək,idraki ehtiyac, şəxsi və təcrübi faydalanmaq,emosional və estetik tələbat ve əylənmək mütaliənin əsas səbəb va məqsədlərindən sayılır. Təcrübə göstərir ki, məktəb və kitabxanalarda kitab təbliği kitab sərgilərinin, mütaliə müsabiqələrinin keçirilməsi yeni çap olunmuş kitablar haqqinda informasiya bülletenlərinin hazırlanması, ucadan oxular,yaziçı və şairlərlə gôrüşlər, sinifdənxaric oxunacaq ədəbiyyatların siyahisinin hazirlanması, siniflərarası "kitabxana günü", siniflərdə kitabxana ve ya kitab guşələrinin təşkili, kitabxanada dərs,açıq havada kitab oxuma kampaniyaları, "Mütaliə həftəsi, Küçə kitab hərəkatına qoşulmaq. açiq rəf layihəsinin təşkili, oxunmuş kitablar üzrə rəy mübadiləsi (disput. konfrans, müzakirə və s), anket sorğuları, "lin ən yaxşı oxucusu," "ilin ən intellektual oxucusu" və "Kim çox kitab oxuyub?" movzularında müsabiqə ve s. mütaliəyə maraq yaratmaqda çox yaxşı effekt verir. 

    Kitabin səmərəli mütaliəsi üçün səmərəli istiqamət və məsləhətlər vermək də mütaliə mədəniyyətinin formalaşmasında vacib ünsürdür əlbəttə, mütaliə zamanı şagirdin nə oxumasindan daha çox hansı nəticə çixaracağı maraglıdır. Oxunan səhifələrin sayinin çoxluğu uşağın yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma ,sözlərin mənalarinin nə olduğuna qərarvermə və bu sözlərin mənalarinin dərk edilməsi kimi bir çox bacarnğı tələb olduqca kompleks bir əmaliyyatdı.

   Ona görə də valideyn, müəllim və kitabxanaçilarin əsas hədəfi mütaliə edən uşaqları məna çıxarmağa' yönəltməkdir. Çalişmaq lazimdır ki,uşaq oxuduğunu dərk etsin va onu qəbul etməyi bacarsın. Əsəri oxuyub qurtardiqdan sonra onu bir neçɔ yöndən təhlil edə bilsin. Bu yolla oxunmuş əsər uzun müddət yadda qalır va gözlənilən səmərəni verir. Kitabxanalar oxucularla apardiğı işlərin effektli olması üçün bu sahəda yeni- yeni forma va üsullar araşdırir. Bütün bunlar XXI əsrdə yaşayan insanlarin intellektual imkanlarının inkişafina yönəldilmişdir. 

   Cəmiyyətin mənafeyi baxımından insanlarin nə oxuduğunu,necə oxuduğunu, müxtəlif tərkibli oxucularin mütaliə dairəsinə daxil olan çap məhsullarının hansı ideya va idraki əhəmiyətə malik olduğunu müəyyənləşdirərək iş aprmaq ictimai əhəmiyyət kasb edən prinsiplərə səslənməlıdır. Kitabxanalarda oxuculara xidmət işinin prinsipləri bu işin məcmusuna, təşkilinə ve metodikasina dair tələbləri müəyyənləşdirən elmi cəhətdən əsaslandırılmış m0ddəalardır. 

   Bu müddəalar əslinda xalqin maariflənməsinə və tərbiyı edilməsinin ümumi prinsiplərinin tərkib hissəsi kimi, sosiologiya,psixologiya və pedoqogikaya əsaslanır. Bu prinsiplər,həm də kitabxanaşünasliq elminin zəngin təcrübəsinin ümumiləşdirilməsidir. Umumi tərbiyə prinsiplərinə əsaslanaraq oxucularla işin beş prinsipi müəyyənləşdirilmişdir. Həmin prinsiplər bunlardır: 

1.0xucularla işə kompleks yanaşma, 

2. Oxucularla işdə sistemlilik, 

3.Oxucularda kitabla işə şüurlu və yaradicı münasibətin inkişaf etdirilməsi, 

4. Oxucuları öyrənmək əsasinda onlara fərqli yanaşma,

5. Ədəbiyyat təbliğində əyanilik. 

   Ümumiyyətlə götürdükdə bu prinsiplər mahiyyətcə bir-birilə əlaqədar olub,oxuculara xidmət işinin ayrı-ayrı cəhətlərini əks etdirir. Bu prinsiplərə riayət olunması və onlara yaradıcı münasibət bəsləmək hər bir kitabxanaçının intellektual imkanından,vətəndaş fəallığından və pedoqoji bacarığından çox asılıdır.Müasir həyatımızın tələblərinə uyğun olaraq kitabxanalarda oxucularla işin başlıca vəzifəsi - şəxsiyyətin hərtərəfli və harmonik inkişafına köməklik göstərməkdən ibaratdir. Respublikamız üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər çox lazimdır. Şəxsiyyətin hərtərəfli inkişafı isə aşağıda nəzərdə tutulan vəzifələri həyata keçirmək yolu ilə reallaşır. 

  1. Oxucuların elmi dünyagörüşünün formalaşmasına kömək 

2. Oxucuların ümumtəhsil və ümummədəni hazırlığının yüksəldilməsinə kömək. 

3. Oxucuların peşə biliyinin yüksəldilməsinə kömək. 

4. Oxucuların əxlaq tərbiyəsi. 

5. Oxucuların estetik tərbiyəsi. 

    Kitabxanalarda oxucularla işin başlıca məqsədi hər bir oxucunun mütaliəsini məqsədyönlü şəkildə istiqamatləndirməkdən ibarətdir. Mütaliənin istiqamətləndirilməsi prosesinde kitabxanaçılar öz oxucularının hər birinin mütaliə dairəsinin formalaşmasına, kitaba şüurlu ve yaradıcı münasibətin təkmilləşməsinə səy göstərirlər.

    Oxucuların mütaliəsinə istiqamət vermək ideyasını əvəz eden mütaliyəyə rəhbərlik anlayışında-oxucuların maraq ve tələblərin öyrənilməsi əsasında ayrı-ayrı OXucunun mütailəsinin məzmununa və xarakterinə fəal təsir göstərmək,kitabların seçilməsinə və mənimsənilməsinə məqsədyönlü, planlı kömək etmək kitabxana pedaqoji prosesində ifade olunur.

     Kitab təbliği və mütailənin istiqamətləndirilməsi işi kitabxana işi prosesinin idarə edilməsi vasitəsi hesab edilir. Kitabxanalarda oxucularla aparılan işin hər bir forması (fərdi, qrup halında və kütləvi) bir-biri ilə qarşılıqlı əlaqədədir ve mahiyyət etibarı ilə ile vahid bir prosesin təhsil və tərbiyə işinin tərkib hissəsidir. Təhsil və tərbiyə işinin fərdi forması kitabxanaçı və oxucu arasında bilavasitə əlaqə yaradır. Bu əlaqədə onların hər ikisi fəal olmalıdır. Fərdi formaya kitabxana-biblioqrafiya məsləhətləri kartotekalardan, soraq-məlumat bibliografiya vasitələrindən istifadə edilməsi məsələləri ilə əlaqədar tövsiyələr, istiqamətlər daxildir. 

    Kitabxanalarda oxucularla fərdi iş iki başlıca məqsədə xidmət edir a) oxucunu müxtəlif baxımdan məlumatlandırmaq, b) məqsədyönlü tərbiyə işi. Bu iki məqsəddən çıxış edərək fərdi işin hissələrini bu cür ayırmaq olar: kitabxanaçı, oxucu, kitabxanaçının oxucuya təsiri. Bu münasibətdə kitabxanaçı oxucuya nisbətən daha fəal olur. Çünkü onun başlıca məqsədi oxucunun mütaliəsinin təşkilini düzgün qurmaq, bu mütaliayə fərdi formada təsir göstərməkdən ibarətdir.

    Bu işdə hər bir oxucuya öz kitabın, hər kitabı öz oxucusuna prinsipi hell edilir. Bildiyimiz kimi cəmiyyət əxlaqının mənbəyində kitabın, mütalianin dayandiğı melumdur. Bəs kitab nə üçündür, onun mahiyyətini, faydasını və vacibliyini dərk edirik ki? Öncə deyək ki kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir Bundan başqa, kitab bəşər hayatında qalacaq miras, inkişaf etdirən və ziyalandıran ünsürdür. 

    Kitab elm ve merifet dünyasına açılan qapıdir. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir, insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Kitablar insan həyatında mühüm rol oynayır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Xalqın tərbiyə sahəsində tarix boyu irəli sürdüyü fikir və ideyaların bir qismi onun adət-ənənələrindən, etnoqrafik və tarixi sənədlərdə, folklor materiallarında ifade olunmuşdur. Xalqımızın müdrik kəlamlarından çoxu "Oğuznamə" lərdə toplanmışdır. 

    Həmin müdrik kəlamlar yetişən gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayır Bu sahade "Kitabi-dədə Qorqud" dastanlarının da mühüm təsiri vardır. Onu da qeyd edək ki, "Kitabi-dədə Qorqud", "Bilqamıs, "Alp ar Tunga", Oğuz', "Manas kimi dastanlar Türk dünyası ve xalqımızın qədim tarixindən, onun ictimai- mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Məsələn, Davdağın Alban hökmdarı Cavanşirin ölümünə həsr etdiyi şeirində onun mərdliyi, əxlaqi-mənəvi keyfiyytleri, vətənpərvərliyi tərənnüm edilir. 

   Mütalia insanın idraki fəaliyyətinin bir növü kimi tərbiyə prosesində digər informasiya növləri ilə müqayisədə əvəzedilməz üstünlüklərə malikdir. Ona görə də, mütaliəni tərbiyə prosesindən ayırmaq düzgün deyildir. Insanlarda mütaliənin istiqamətləndirilməsindw esas rol oynayan kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.

   Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dayaq vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütalie etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yegane yolunun mütaliədən keçdiyini söyləmişdir.

Elnarə BABAYEVA,

198 sayli tam orta məktəbdə kitabxana müdiri


Oxunub: 28






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim