reklam
USD
13 ℃
EUR
BAKI

TƏMƏNNA

NƏŞR / 03.11.2025 01:14

TƏMƏNNA


    Anam sağ olanda söhbətlərində deyərdi ki, insan dünyaya gələndə Tanrı onun ruzusunu da özü ilə göndərir. Amma insan bəzən ətrafına nəzər salmalı və bu ruzunu ətrafı ilə paylaşmağı bacarmalıdı. Çünki nə isə səndə yetərincə varsa, ətrafındakılıarın buna ehtiyacı varsa o tək sənin üçün olmamalıdı. Ətrafına da nəzər, diqqət yetirməlisən.

    Tanrı elə insanları sevdiyi üçün, bu özəlliyi sənə nəsib edir, o insanlara sənin əlinlə ruzu göndərir bəlkə də... Təmənnasız.” O zaman mən məktəbli idim. Amma anamın bu sözləri heç fikrimdən çıxmırdı. Bütün günü Tanrıma o qədər içdən Dualar edib yalvarırdım ki, mənə də nə isə elə bir güc, qüvvə ver ki, mən də insanlarla paylaşa bilim, onlara dəstək ola bilim, təmənnasız. Bu istək, bu arzu məni uşaqlıq düşüüncəmin bəlkə də ən gözəli, ən özəli idi. 

    Bu arzum öz ruhumun səsi idi, duyğularımın səsi idi. Qəlbimdə tüğyan edirdi, qəlbimdə tüğyan edən bu uşaqlıq arzusunun səsini yalnız və yalnız özüm öz ruhumla eşidirdim. Bəzən yaxın dostlara, tanışlara bu arzumu söyləyəndə onlar mənə istehza edir və ya nə isə xoşuma gəlməyən söz deyirdilər. Bu fikrimi eşidən çoxları "Həyatda təmənnasız heç nə yoxdu, insan hər nə edirsə etsin, mütləqa onun qarşılığın gözləyir. Zaman keçdikcə bunu görüb anlayacaqsan”. 

     Bu kimi istehzalı sözlər deyərək məni susdurmağa çalışırdılar. Ozüm sussam da duyğularım tam fərqli idi, yetər ki, Tanrı mənə bu arzumu reallaşdırmaq üçün bir şans versin. Məktəbdə oxuduğum illərdə ədəbiyyata bağlı olduğum üçün inşa (o vaxt sərbəst yazılan yazılar inşa adlanırdı) dərslərini daha çox sevirdim. Inşa dərslərində hər zaman sərbəst mövzuları seçirdim və sevə - sevə yazırdım. Ürəyimdən keçənləri ağ vərəqlərə köçürdükcə sankı ruhən, mənən dincəlirdim, həyatdan, gözəllikdən daha çox zövq alırdım. Hər zaman da inşalarım müəllimələr tərəfindən yüksək qiymətləndirilirdi və mənə mütləq ədəbiyyat müəllumi olmağı müəllimlərim tez – tez tövsiyyə edirdilər. 

   İnşalar yazdıqca daha çox ədəbiyyata bağlanırdım. Sinif yoldaşlarıın bəziləri sinif inşalarımın bəyənildiyini görüb məndən onların da inşalarını yazmağı xahiş etməyə başladılar. Mən də yavaş – yavaş bəzi sinif yoldaşlarımın inşalarını müəllimdən xəbərsiz yazmağa başladım. Bəzən ədəbiyyat müəlliməmiz həmin uşaqların yazılarını oxuyanda bu yazıda məni tapırdı, soruşanda isə nə mən boynuma alırdım, nə də yazısını yazdığım sinif yoldaşlarım. Ədəbiyyat müəllliməsi o zaman deyirdi ki, - "qələmdən çıxan soz insan ürəyinin səsidi, o ürəkdən süzülən duyğudu. Hər insanın öz səsi, öz sözü olmalıdı. 

    Başqalarının ürək sözlərini özəlləşdirmək olmaz”. Mən isə susurdum, heç kəsə heç vaxt yox demirdim. Düşünürdüm ki, kiməsə kömək etməyin nəyi pisdi, axı? Sonradan tək sinif yoldaşlarım deyil, məktəbin bir çox uşaqlarının inşalarını yazmağa başladı. Yavaş – yavaş, digər məktəblərin uşaqlarının, qonşuların, qohumların, tanıdıqlarımın, daha sonra tanımadıqlarımın kimlərin... kimlərin...inşalarını yazmağa başladım. 

   Çox vaxt inşalarını yazdığım uşaqların valideyinləri mənə pul, müxtəlif hədiyyələr göndərməyə başladılar. Mən məktəb illərində, sonrakı illərdə də heç vaxt heç kimdən pul və ya hədiyyələr qəbul etmədəim. O, Allahın mənə təmənnasız bəxş etdiyi bacarıq idi ki, mən də ətrafımla bu bacarığımı təmənnasız paylaşırdım. Həm də təmənnasız dəstək mənim uşaqlıq arzumun ən gözəl mükafatı idi, reallaşdığına görə özümü çox xöşbəxt hesab edirdim. Uşaqların yüksək qiymət aldıqda fərəhləri və valideyinlərinin səmim təşəkkürlər mənim ən böyük hədiyyəm idi. İnsan üzünü güldürmək, ürəyini sevindiməkdən gözəl nə ola bilər axı? Uzun illər bu belə davam etdi. Bəlkə də indi çap olunmağımın, çıxışlar hazırlamağımın təməli həmin məktəblilərə yazdığım yazılarla qoyulurdu. Kim bilir, bəlkə də... Məktəblilər mənə müxtəlif mövzular tapşırdıqca, mən onlara yazı yaza, yaza yazmaq gücümü mükəmməlləşdirirdim. 

    Demək tək mən onlara deyil onlar da mənim bu günümün təməlçilərinə çevrilmışdılır. Təmənnasız... Həm də arzusunda olduğum, ürəklə sevdiyim təmənnasız dəstək mənə Tanrı tərəfindən bu cür göndərilmişdi.Gələcəyimizin qurucuları olan uşaqlara həm inşa yazmaqla, həm də yazmağı öyrətməklə. İndi həmin uşaqların çoxu Ali məktəbləri bitirib, filologiyanı bitirənlər də çoxdu, müxtəlif peşə, sənət seçənlər də var. 

    Çoxunu unutmuşam. Onlar isə məni heç unutmurdular. Onlar məni yolda görüb müəllimə deyərək, yaxınlaşanlar qarşımda o dövrün uşaqları olan,yetkin insanlar tanışdıq verib o günləri hörmət, izzətlə xatırladıqları anda ürəyim dağa dönür, fərəhdən uçunuram. Tanrıma min dəfə şükür edirəm ki, kitabxanaçı olsam da, insanların gələcəyinin formalaşmasında ədəbiyyatı sevib ona bağlılığımın mənə nə qədər böyük kömək, dəstək oldu.. 

    Mən insanlarla söhbət edəndə bir sözü çox tez-tez eşidirəm. Filənkəsə kömək elədim, əvəzin nə qədər gözlədim mənə heç nə etmədi. Filənkəsə nə isə verdim, yerinə nə isə gözləyirdim, amma xoşuma gəlməyəni verdi, Filənkəs yaxşı insan deyil, mən ona nələr eləmişəm amma anlamadı, qanmadı yaxşılığımı,” daha nə bilim nələr, nələr.... 

    Bir işdə kiməsə dəstək olursunuzsa, kiminsə hər hansı bir işində yardım edirsinizsə, onun qarşılığını, əvəzini gözləmədən edin, yetər ki, ürəkdən edin, sevə - sevə edin. Sonradan bezib, peşman olmadan edin. Gördüyünüz işdən zövq alın ki, ətrafınıza bu zövqdən bir nur payı ələnsin. Çevrənizdəkilərə yaymadan, qarşınızdakını əzmədən edin. 

    Elədiklərinizi çevrənizə yayıb qürurlanacaqsınızsa, qarşınızdakın əzib sındıracaqsınızsa, ya da gözündən töküb alçaldacasınızda, o zaman zəhmətiniz puç zəhmət hesab olunur, onun heç bir dəyəri qiyməti qalmaz, nə insanlığın yanında, nə də Tanrının yanında. Qarşınızdakını aşağılayıb, əzkildikcə hən özünüz, həm də etdiyiniz dəstək heçə, puça dönür. İnsan isə nə qədər imkanlı olsanız da , puc olan insanlığı, itmiş qüruru və güvəni heç nə ilə geri ala bilməz. 

    Mən insanlara üzümü tutub deyirəm urəyini Allaha bağla heç kimdən heç nəyin təmənnasın gözləmə. Gücün nəyə yetirsə onu elə, təmənnasız elə. Təmənnasız görülən işlər gözəl olur, Allah belə insanları sevir və həyatın ən gözəl nemətləri ilə heç əsirgəmədən belə insanları mükafatlandırır. Həyat gözəldır. Bu gözəl həyatın özəlliklərini tanıyaq, ona yetərincə dəyər verməyi bacaraq. O zaman yaşamağa dəyər. Gördüyümüz işlərdən zövq alaq, görəcəyimiz işlərlə xeyirxaxlığa önəm verək və TƏMƏNNA sözünü unudaq.

Məryəm ƏLİYEVA,

Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı



Oxunub: 64






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim