reklam
USD
11 ℃
EUR
BAKI

Elnarə BABAYEVA MƏNSİZ

NƏŞR / 25.12.2025 00:52

MƏNSİZ

Daha o yerlərə gəlməyəcəyəm,

O yerlər qaranlıq qalacaq, mənsiz.

Səninlə danışıb gülməyəcəyəm

Həsrətdən gözlərin dolacaq mənsiz.


Coşqun çaylar kimi aşıb daşırdın,

Bəndlər qabağını kəsəcək indi.

Mənimlə sevgidən pıçıldaşırdın

Soyuqdan əllərin əsəcək indi.


Gözlərin həsrətlə yol gözləyəcək

Yollar da tərs kimi uzanacaqdır

Bir vaxt mənə tərəf uzanan əllər

Sabah başqa səmtə uzanacaqdır.


Mən elə bilirdim paksan, təmizsən

Demə düşündüyüm adi yuxuymuş

Qəlbimə yol tapan bu sevgi, bu eşq

Hədəfdən yayınmış ovçu oxuymuş.


Axır təmizlədim qəlbimdən səni

Sən olan yollara daha baxmadım

Yaxşı ki sonralar unutdum səni

Nə yaxşı bir ömür mən aldanmadım.

Elnarə BABAYEVA,

198 sayli tam orta məktəbdə kitabxana müdiri



Oxunub: 329






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim