reklam
USD
19 ℃
EUR
BAKI

Rafael Hüseynov: Sosial mediada azadlıqla azğınlığın sərhədləri dəqiq müəyyənləşdirilməlidir

RƏSMİ / 05.03.2019 00:55
Rafael Hüseynov: Sosial mediada azadlıqla azğınlığın sərhədləri dəqiq müəyyənləşdirilməlidir

Demokratik dəyərlər və kütləvi informasiya vasitələri, insan hüquqları və mətbuat, eləcə də sosial şəbəkələrdə ifadə azadlığı və onun hüdudları kimi həssas mövzular son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında, təşkil etdiyi müxtəlif dəyirmi masalarda daimi yer almaqdadır. Qurumun növbəti yaz sessiyası ərəfəsində keçirilən komitə iclaslarında həmin mövzulara yenidən diqqət yönəldilməsi ənənəviləşmiş xəttin davamı kimi qəbul edilə bilər.
CARCITV xəbər verir ki, AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin martın 4-də İspaniyanın Qranada şəhərindəki tarixi Əlhambra sarayında keçirilən iclasında gündəliyə çıxarılan məruzələrdən ikisi bilavasitə bu problemlər dairəsi ilə bağlı idi. Təsadüfi deyil ki, ispaniyalı deputat Xose Çepedanın hazırladığı "Sosial media: ictimai təhdidlər, yaxud insan hüquqlarına qarşı təhlükələr” adlı məruzə də geniş fikir mübadilələri doğurdu. Həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə sosial medianın ictimai-siyasi həyatdakı yeri məsələsinə toxunaraq dedi: "XX əsrin son onillərinə qədər kütləvi informasiya vasitələri deyərkən biz qəzet və jurnalları, radio-televiziyaları, informasiya agentliklərini nəzərdə tuturduq. Lakin internet erasının başlanması ilə qısa bir zaman içərisində yaranan və bütün dünyanı əhatə edən sosial şəbəkə bu anlayışı mahiyyəti etibarilə dəyişdi. İnternet kabusunun bəhrəsi kimi yaranan sosial şəbəkə son dərəcə qısa bir vaxt ərzində klassik media modelini laxlada, onun müvazinətini poza bildi. Onun yerini tutmadı, amma səviyyəsinin də, nüfuzunun da aşağı düşməsinə nəzərəçarpacaq ziyan vurmağı bacardı. Bu təbii gedişləmi baş verdi, ya idarəolunan bir prosesin nəticəsi olaraqmı yarandı? Bu, artıq ayrıca təhlil tələb edən başqa sualdır. Sosial şəbəkə rəsmi medianın alternativi, rəqibi kimi deyil, dublikatı olmaq iddiası kimi ortaya çıxıb. Lakin dublikatın sürəti də, intriqası da, macəraçı cazibədarlığı da çox olduğundan qısa müddətdə cəmiyyət həyatında və düşüncədə özünə yer tutub. Nəticə etibarı ilə müəyyən faydalarına, gərəkliliyinə baxmayaraq sosial şəbəkə tədricən bəzi yönləri ilə həm də nəhəng media virusuna çevrilib”.
Deputat Rafael Hüseynov sosial şəbəkədə baş verən bəzi arzuolunmaz prosesləri informasiya mühitinin ekologiyasını pozan təmayüllər kimi dəyərləndirərək deyib: "Yeni dövrün ekoloji təhlükələri sırasında ən narahatlıq doğuranlarından biri informasiya mühitinin çirkləndirilməsidir. Həm də digər ekoloji bəlalardan fərqli olaraq bu təmayül istisnasız olaraq bütün dünyanı əhatə edir. Başlıca səbəb də odur ki, biz hamımız eyni bir "hörümçəyin torun”dayıq. Sosial şəbəkədə müşahidə edilən qeyri-peşəkarlıq, təəssüf ki, kütləvi informasiya vasitələrinə daha çox sirayət etməyə, onu içəridən zədələməyə, öz kökünə salmağa başladı. Dezinformasiya da, müxtəlif növ təbliğat və antitəbliğat da müəyyən həcmdə mətbuatda həmişə olub. Amma heç vaxt indiki kimi geniş, kütləvi, çılpaq və dağıdıcı səciyyə daşımayıb. Bu gün sosial şəbəkə həm qəzet-jurnal, həm radio-televiziya, həm də hər yaxşı-yaman, yalan-doğru xəbəri eşidəcəyin ictimai məkandır. Sosial şəbəkədə heç də hər şey pis deyil. Lakin məhz sosial şəbəkə getdikcə daha artıq ölçülərdə informasiya başıpozuqluğuna, milli, irqi, dini ayrı-seçkiliyə rəvac verən, nifrətyayıcı çıxışlara meydan açır”.
Sosial şəbəkənin bütün təqdir olunası cəhətləri ilə yanaşı, doğurduğu mənfi təmayüllərlə insan haqlarına, demokratik dəyərlərə təhlükələr törətməsi, bu təhdidlərdən necə qurtulmaq məsələsinə toxunan Rafael Hüseynov mümkün yolları da göstərib: "İfadə azadlığı, təbii ki, demokratiyanın bizə verdiyi ən üstün nemətlərdəndir. Lakin sosial şəbəkədə ifadə azadlığının bəzi hallarda ifadə azğınlığına çevrilməsi demokratiya pərdəsi altında birbaşa olaraq insan hüquqlarının pozulmasına gətirib çıxarır. Bəs bu hallarla mübarizənin yolu hansı, şərtləri nədir? Sosial şəbəkədəki xaosun dayandırılmasının əsas açarı nəzarət mexanizmlərinin gücləndirilməsi, hüquqi cavabdehliyin artırılmasıdır. Sosial şəbəkə istifadəçisi olmaqdan ötrü qeydiyyat sərtləşdirilməli, qapalı imzalılıq yasaq edilməli, hər kəs yalnız öz kimlik vəsiqəsi ilə tanınmalıdır. Eləcə də lap başlanğıcdan potensial istifadəçi hansı qaydalara əməl etməli olması ilə bağlı hüquqi məsuliyyət daşıdığını müəyyən edən müqaviləni təsdiqləməlidir. Sosial şəbəkədə ayrı-ayrı insanlara, populyar şəxsiyyətlərə, eləcə də dövlətlərə, xalqlara qarşı elə arzuolunmaz təqdimatlarla qarşılaşırıq ki, bunlar həm qanunlara, həm demokratik dəyərlərə, həm də insan hüquqlarına qarşı açıq təhdidlər sayılmalıdır. Çox zaman bu qəbil çıxışların ardında konkret qüvvələr, kəşfiyyatlar, maliyyə resursları dayanır. Sosial şəbəkələrdəki anonimlik məsələsi aradan qaldırılarsa, hüquqi mexanizmlər daha sərrast fəaliyyətə başlayarsa, belə xoşagəlməz və qanunazidd hallar azalar”.
Azərbaycanlı deputat hamı üçün ortaq olan sosial şəbəkədə nizam yaratmaq üçün səylərin daha da artırılmasının, müştərək mübarizənin vacib olduğunu vurğulayıb.


Oxunub: 431






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim